Tarix : 2013 Apr 10
Kod 37266

Böyük rəhbərin zəlzələ hadisəsi ilə bağlı müraciəti

İslam İnqılabının Böyük Rəhbəri ölkənin cənub bölgəsində baş vermiş zəlzələ hadisəsi ilə bağlı müracitdə xalqı ziyzn görmüş əhaliyə hərtərəfli dəstək verməyə çağırmışlar
/Aran Agentliyi

İslam İnqılabının Böyük Rəhbəri ölkənin cənub bölgəsində baş vermiş zəlzələ hadisəsi ilə bağlı müracitdə xalqı ziyzn görmüş əhaliyə hərtərəfli dəstək verməyə çağırmışlar.

Həzrət Ayətulah Əl-üzma Xamenei zəlzələdən ziyan görmüş əhaliyə Allahdan səbr və dözüm diləyərək İran xalqını zəlzələ bölgəsinə hərtərəfli dəstək və yardım etməyə çağırıblar.

Böyük Rəhbərin müraciəti belədir:

 

بسم الله الرحمن الرحیم

Təəssüf və kədərlə Buşehr vilayətində zəlzələ və onun törətdiyi insan tələfatı və xəsarətlər xəbərini aldım.

Dünyasını dəyişmiş insanlara ilahi rəhmət, xəsarət görüb yaralanlara acil şifa  və qalanlara səbr və dözüm diləyirəm. Vəliyyi Fəqihin ostandaki nümayəndəsi və ostan məsullarından və əlaqədar rəsmilərdən istər ostanın özündə istərsə də digər bölgələrdə istəyirəm ki; xəsarət görənləri xilas etmək və onlara dəstək olmaq istiqamətində əllərindən gələni əsirgəməsinlər və ümidvaram ki əziz xalqımız ölkənin hər yerindən də həmişə olduğu kimi xəsarət görənlərin acı və kədərlərinin azalması istiqamətində öz parlaq rolunu ifa etsin.

 

والسلام علیکم و رحمه الله و برکاته

Seyyid Əli Xamenei

20 fərvərdin 1392

  • Yazılıb
  • da (də) 2013 Apr 10