Tarix : 2013 Apr 23
Kod 37594

Əxlaqsızlığın qanuniləşdirilməsinə qarşı sərt reaksiya

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu parlamentdə səslənən əxlaqsızlığın leqallaşdırılması təklifinə sərt reaksiya verdi
/Aran Agentliyi

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu parlamentdə səslənən əxlaqsızlığın leqallaşdırılması təklifinə sərt reaksiya verdi.

DEVAMM sədri Hacı İlqar İbrahmoğlu parlamentdə səslənən əxlaqsızlığın leqallaşdırılması təklifinə sərt reaksiya verdi.

Azərbaycan Respublikası parlamentində əxlaqsızlığın leqallaşdırılması yönündə səsləndirilmiş təkliflərlə bağlı DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Azadlıq” qəzetinə deyib:

“Ümumilikdə isə deyə bilərəm ki, fahişəliyi leqallaşdırmaq – qətiyyən yolverilməzdir.

Bütün ilahi dinlərin nəzərində bu, ən böyük günahlardan sayılır. Fahişəliyin leqallaşdırılmasını təsdiq edən, bu işə dəstək olan, təklif edən hər kəs, Allah dərgahında bu əmələ dəstək vermiş kimi Qiyamət günü cavab verəcək. Müsəlman olan hər bir kəs - vəzifəsindən asılı olmayaraq, ilk növbədə özünün Allah dərgahında olmasının fərqinə varmalıdır. İnsan istər ictimai, istər siyasi, istərsə də digər sahələrdə qərar verərkən, bir gün Allah dərgahında cavab verəcəyini düşünməlidir. Ən böyük günahlardan biri - zinadır, fahişəlikdir. Buna rəvac verənlər isə Qiyamət günü öz cavabını alacaqlar”.

Hacı İlqar İbrahimoğlu vurğulayıb : “Eyni zamanda, elə bu dünyada da, hansısa fəsadı legitimləşdirmək - həmin toplumun mənəvi aşınmasına xidmət etmək deməkdir”.

  • Yazılıb
  • da (də) 2013 Apr 23