Tarix : 2013 Apr 30
Kod 37771

Tehran İslami Oyanış və Ümmət Alimləri iclasınin ev sahibidir

İslami Oyanış və Ümmət Alimləri beynəlxalq iclası bu gün Tehranda keçirilir
/Aran Agentliyi

İslami Oyanış və Ümmət Alimləri beynəlxalq iclası bu gün Tehranda keçirilir.

İslami Oyanış Beynəlxalq Cəmiyyətinin baş katibi doktor Əli Əkbər Vilayətinin dediyinə əassən, İclas 500 islam dünyası alimləri və 200 İran alimlərinin iştirakı ilə bu gündən etibarən 2 gün müddətində (29-30 aprel) Tehranda keçirilir.

İsalmi Oyanış və Ümmət Alimləri iclasının icra katibi Höccətül-islam Əli Kərimiyan deyib ki, təxminən 70 mövzu iclasın gündəmini təşkil edir və iclasın sonunda isə bəyanat qəbul ediləcək.

Kərimiyan əlavə olaraq deyib: İclasın katibliyinə 350 məqalə göndərilib və üstün məqalələr hakimlər heyəti tərəfindən seçilərək dünyanın üç dilində kitab olaraq çap ediləcək.

İclasın icra katibi həmçinin Suriya böhranın həll ediməsi üçün iclasda işçi qrupunun yaradılmasını müsbət qarşılayaraq deyib: İclas iştirakçıları Suriya böhranına son qoyulması üçün islam dünyası alimlərini əlaqə qrupunun yaradılması barədə təklifini müsbət qarşılanacaq.

  • Yazılıb
  • da (də) 2013 Apr 30