Tarix : 2013 May 01
Kod 37796

''İnqilab Rəhbərinin xəbərdarlığına diqqətli olmalıyıq''

Müsəlmanlar İran İslam Respublikasının Rəhbərinin düşmənlərin təfriqə xarakterli məkirləri ilə əlaqədar xəbərdarlıqları ilə ciddi yanaşmalıdırlar
/Aran Agentliyi

Müsəlmanlar İran İslam Respublikasının Rəhbərinin düşmənlərin təfriqə xarakterli məkirləri ilə əlaqədar xəbərdarlıqları ilə ciddi yanaşmalıdırlar.

Bunu Tehranda keçirilən beynəlxalq " Üləma və İslami Oyanış" iclasının iştirakçılarından olan Ədnan Əhməd söyləyib .

Ədnan Əhməd İİR-nın Böyük Rəhbərinin bu iclasın açılışındakı çıxışına işarə edərək deyib: İslam düşmənləri tayfa və məzhəblərarası fitnə törətməklə müsəlmanları təfriqəyə salmaq istəyir.

Ədnan Əhməd müsəlman xalqların arasındakı ixtilafın islam düşmənlərinin xeyrinə olduğunu bəyan edərək əlavə edib: Onlar yaxşı bilir ki, müsəlmanların birləşməsi hegemonçuların zorakılığına ziyandır.

İki günlük " Üləma və İslami Oyanış" iclası 700 nəfərin iştirakı ilə dünəndən etibarən işə başladı.

  • Yazılıb
  • da (də) 2013 May 01