Tarix : 2013 May 02
Kod 37824

“Alimlər və İslami Oyanış” Beynəlxalq iclasının yekun bəyanatı

Tehranda keçirilən 1-ci Beynəlxalq Alimlər və İslami Oyanış iclasının iştirakçıları yekun bəyanatda bildiriblər ki, islam düşmənləri islam peyğəmbəri ...
/Aran Agentliyi

Tehranda keçirilən 1-ci Beynəlxalq Alimlər və İslami Oyanış iclasının iştirakçıları yekun bəyanatda bildiriblər ki, islam düşmənləri islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) müqəddəsliyinə dəfələrlə hörmətsizlik etməklə onun müqəddəsliyini məhv etmək ardıncadırlar.

 Beynəlxalq hüququ əldə etməyə zəmanət vermək üçün islam ölkələrində fəaliyyət göstərən müsəlman alimlər arasında virtual dünyada ictimai şəbəkələrin yaradılması və alimlər arasında anlaşma işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də islam ölkələrinin yerinin qeyd olunması ifrat deyildir və şübhə yaradan təbliğat qarşısında da mövqe bildirməmək qəbul ediləsi deyildir.

 İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) kamil insan olaraq islam ümmətinin vəhdət mehvəri və islamın yeni sivilizasiyasının örnəyinin əsasıdır.

 İslami Oyanışın əsil Məhəmməd (s.ə.s) islamında kökü vardır və əcnəbilərlə mübarizə üçündür. İslami Oyanış hərəkatı alim və mücahidlərin əsrlər boyu fədakarlıqlarının nəticəsidir.

 Məzhəblər və islami cərəyanların rəhbərləri ixtilafları qəbul etməklə icazə verməməlidirlər ki, bu ixtilaflar siyasi təcavüzlər, müharibə və qardaş öldürməyə çevrilsin.

 Digər müsəlmanlara şirk və bidət ittihamını irəli sürmək, onları təkfir etmək, onların müqəddəslərinə hörmətsizlik etmək islam düşmənlərinin sui-istifadəsinə səbəb olur və din qardaşları arasında ixtilaf və düşmənçiliyin artması ilə nəticələnir.

Bu beynəlxalq iclasın iştirakçıları Fələstin məsələsini islam dünyasının əsas məsələsi hesab edir və bütün Fələstin islami müqavimətinə dəstəyin davam etməsini dəstəkləyirlər.

 Suriyanın hazırkı böhranının yalnız daxili həlli yolu vardır və əcnəbilərin müdaxiləsi olmadan bu böhrana xitam verilməlidir.

İştirakçılar bu konfransda insanların rəhmsiz şəkildə qırğın olunması ilə bağlı terrorçuların bütün hərəkətləri, Quran-Kərim və islam peyğəmbəri Həzrət Məhəmmədə (s.ə.s) hörmətsizliyi, eləcə də müsəlmanların dini məkan və məscidlərinin dağıdılması və hicab qadağası ilə nəticələnən hərəkətləri pisləyərək islam ölkələrinin rəhbərlərindən beynəlxalq qurum və təşkilatlar vasitəsi ilə vahid bir mövqe seçərək bu məkrli planla mübarizə aparmalarını istəyirlər.

  • Yazılıb
  • da (də) 2013 May 02