Tarix : 2013 May 11
Kod 38029

''sionist rejimlə yeni anlaşma ərəb ölkələri üçün qara ləkədir''

Livan Hizbullahının baş katibi sionist rejim ilə ərazi mübadiləsi layihəsini qəbul etdikləri üçün Ərəb ölkələrini qınayıb və bunu Ərəb ölkələri tarixində böyük bir rüsvayçılıq adlandırıb
/Aran Agentliyi

 

Livan Hizbullahının baş katibi sionist rejim ilə ərazi mübadiləsi layihəsini qəbul etdikləri üçün Ərəb ölkələrini qınayıb və bunu Ərəb ölkələri tarixində böyük bir rüsvayçılıq adlandırıb.

Seyid Həsən Nəsrulla Ərəb ölkələrinin işğalçı sionist rejim ilə ərazi mübadiləsi layihəsini qəbul etmələrini Ərəb rejimlərinin ABŞ-ın Yaxın Şərq siyasətləri qarşısında təslim olmalarının nişanəsi adlandırıb və deyib: Ərəb ölkələri bu hərəkətləri ilə Ərəb tarixində böyük bir rüsvayçılığa imza atmış oldular.

Livan Hizbullahının baş katibi əlavə edib: Ərəb ölkələri özlərinin son layihələrində İsrail rejiminə təhlükəli imtiyazlar veriblər. Halbuki, bəzi Ərəb ölkələrində xalq inqilablarının baş verməsinin ardınca daha çox Fələstin xalqı üçün imtiyazların nəzərdə tutulacağı gözlənilirdi.

Seyid Həsən Nəsrulla əlavə edib: Qondarma İsrail rejiminin Ərəb ölkələrinə qarşı yönəlmiş bütün fitnələri ABŞ-ın himayəsi iləyanaşı olub və Amerika istənilən vasitə ilə Ərəb ölkələrini İsrailin qeyri-qanuni varlığını tanımağa məcbur edir.

Livan Hizbullahının baş katibi sözlərinin davamında Qərb və qondarma İsrail rejiminin ötən 2 il ərzində Suriyanı müqavimət cəbhəsindən kənarlaşdırmaq üçün bütün imkanlarını səfərbər etdiklərini deyərək, onların bütün hesablamalarının alt-üst olduğunu bildirib və deyib: Müqavimətin Livan, Fələstin, Suriya və İranda əsas dayağı xalqdır.

Seyid Həsən Nəsrulla sionist rejimin Suriyaya olan son hava hücumlarına işarə edərək, deyib: İsrailin Suriyaya olan son hücumu sionistlərin nəzərində Suriyanın Müqavimət cəbhəsindən uzaqlaşmalı olmasına dair bir mesaja malik olub.

Nəsrulla sonda vurğulayıb: Livan Müqaviməti Suriya xalqı və dövlətinin yanındakı mövqeyini qoruyacaq və İsrailin Suriyaya qarşı hava hücumlarını ağır formada cavablandıracaq.

  • Yazılıb
  • da (də) 2013 May 11