Tarix : 2013 May 11
Kod 38030

“Həmase” İranın yeni pilotsuz təyyarəsi

İran İslam Respublikası özünün yeni son model yerli pilotsuz təyyarəsini təqdim edib
/Aran Agentliyi

İran  İslam Respublikası  özünün yeni son model yerli pilotsuz təyyarəsini təqdim edib.

“Həmase” adlanan təyyarə kəşfiyyat və hücum məqsədləri üçün nəzərdə tutulub.

Təyyarə dünən Müdafiə Naziri general Əhməd Vəhidinin iştirak etdiyi təqdimetmə mərasimində nümayiş etdirilib. General çıxışında bildirib ki, bu təyyarə ölkənin müdafiə sənayesinin mütəxəssisləri tərəfindən hazırlanıb və eyni anda nəzarət, kəşfiyyat və raket hücumları kimi funksiyaları həyata keçirə bilir.

Yeni təyyarə eyni zamanda səssiz fəaliyyət göstərmə yüksəklikdən əv uzun məsafələrə uçmaq qabiliyyətlərinə malikdir.

  • Yazılıb
  • da (də) 2013 May 11