Tarix : 2013 May 11
Kod 38032

Şəhriyar poeziyası insanı mələkut aləminə qovuşdurur

Ustad Məhəmməd Hüseyn Şəhriyar kimi dahilərin və söz ustalarının əsərlərini və xatirəsini ən yaxşı keyfiyyətdə qoruyub saxlamaq lazımdır
/Aran Agentliyi

 

Ustad Məhəmməd Hüseyn Şəhriyar kimi dahilərin və söz ustalarının əsərlərini və xatirəsini ən yaxşı keyfiyyətdə qoruyub saxlamaq lazımdır.

Bu bəyanatla Tehran Bələdiyyəsinin mədəniyyət və incəsənət şöbəsinin rəisi Höccətül-İslam Rəsul Cavadi çıxış edib.

Tehranda keçirilən Beynəlxalq Şəhriyar Konfransının kənarında müxbirimizə müsahibə verən cənab Cavadi deyib: Şəhriyarın mehriban və incə ürəyi mələkut aləmi ilə əlaqədə idi və onun şerlərində mənəviyyat xüsusi yer tutur.

İranın milli fəxrlərinin yubileyini keçirməyi mühüm bir təşəbbüs adlandıran bələdiyyə rəsmisi qeyd edib ki, dühaların yubileyi onların şəninə uğun keçirilməli və yaradıcılıqları haqda gənc nəslə məlumat verilməlidir.

Ustad Şəhriyarın İran ədəbiyyatında öz dəst-xəti ilə tanındığını qeyd edən bələdiyyə rəsmisi gənc nəslə ustad Şəhriyarın yaradıcılığını dərindən öyrənməyi tövsiyə edib.

Qeyd edək ki , Ustad Şəhriyarın xatirəsini yad etmək məqsədilə keçirilən beynəlxalq toplantıda iranlı və xarici ədəbiyyatçılar və şairlər əsrimizin görkəmli dahisinin  yaradıcılığını araşdırmışlar.

Seyid Məhəmməd Hüseyn Behcət Təbrizi –Şəhriyar İran Azərbaycanında doğulub .

Bu dünya şöhrətli söz ustası fars və Azərbaycan türkcəsində şer yazırdı.

  • Yazılıb
  • da (də) 2013 May 11