Tarix : 2013 May 22
Kod 38304

İranda 2 terror dəstəsi məhv edildi

İranın Təhlükəsizlik Nazirliyi seçkilər zamanı ölkədə təxribatlar həyata keçirmək istəyən 2 terrorçu qruplaşmanı zərəsizləşdir
/Aran Agentliyi

Tehran Radiosu - İranın Təhlükəsizlik Nazirliyi seçkilər zamanı ölkədə təxribatlar həyata keçirmək istəyən 2 terrorçu qruplaşmanı zərəsizləşdir.

İran İslam Respublikasının Şərq və Qərb sərhədlərindən keçən bu dəstələr özləri ilə külli miqdarda yüngül çaplı silahlar və əl qumbaraları gətirirmişlər. İdarənin yaydığı bəyanatda bildirilir ki, İranda prezident seçkiləri zamanı qarışıqlıq yaratmaq üçün gələn sözügedən dəstələrin bütün üzvləri yaxalanıb.

Xatırladaq ki, iki gün öncə də İranda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ölümə məhkum olan iki üzvü edam edilmişdi.

  • Yazılıb
  • da (də) 2013 May 22