Tarix : 2013 Jun 17
Kod 38859

Ayətullah Mədəni Təbrizi vəfat etdi

Qum Və Tehranın dini mədrəsələrinin ali məqamlı müctehid alimi və müəllimi Ayətullah Yusif Mədəni Təbrizi vəfat etdi
/Aran Agentliyi

Qum Və Tehranın dini mədrəsələrinin ali məqamlı müctehid alimi və müəllimi Ayətullah Yusif Mədəni Təbrizi vəfat etdi.

 Ayətullah Yusif Mədəni Təbrizi bazar günü 85 yaşında  xəstəlik nəticəsində Qum xəstəxanalarının birində vəfat etdi.

Ayətullah Mədəni Təbrizi İmam Xomeyni (r.ə) kimi ali səviyyədə oloan  tanınmış müəllimlərin məhzərindən bəhrələnərək çoxlu şagirdləri olmuş və ali ictihad dərəcəsinə çatmışdır.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani Ayətullah Mədəni Təbrizinin vəfatını Qumun elmiyə mədrəsəsi və o həzrətin ailəsinə   başsağlığı verib.

Əli Laricani bildirib: Ayətullah Mədəni Təbrizi fəzilət , əxlaq və parlaq səciyyələrə malik bir şəxsiyyət idi , dini elmləri böyük müəllimlərdən öyrənib və daim təqvalı həyat sürmüşdür.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jun 17