Tarix : 2013 Jun 17
Kod 38865

İranın neft ixracatının həcmi 66 faiz artıb

Beynəlxalq Energi Agentliyi bildirib ki, Çinin İrandan neft almasının nəticəsində, İranın neft ixracatı aprel ayı ilə müqaisədə may ayınında 66 faiz artmışdır
/Aran Agentliyi

 

Beynəlxalq Energi Agentliyi bildirib ki, Çinin İrandan neft almasının nəticəsində, İranın neft ixracatı  aprel ayı ilə müqaisədə may ayınında 66 faiz artmışdır.

Təsnim İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Beynəlxalq Energi Agentliyi yaydığı yeni aylıq hesabtında bildirib ki, İranın may ayında öncəki ayla müqaisədə neft ixracatında yüksək səviyədə artım baş verib və gündə 835 min bareldən gündə 1.39 milyon barelə çatıb.

 Həmin məlumata əsasən, Çin 2013-cü il may ayında, gündə 715 min barel neft  İrandan idxal edib ki, bu rəqəm aprel ayında 370 min barel idxal ilə müqaisə edildikdə 2 qat artım göstərir.

 Beynəlxalq Energi Agnentliyinin məlumatına əsasən, İranın may ayında xam neft istehsalının həcmi gündə 30 min barel artaraq 2.68 milyon barelə çatıbdır.

İran Neft Nazirliyinin rəsmilərinin dediklərinə əsəasən, ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməsi İran neft istehsalatına heç bir mənfi təsir göstərməyib.

 

  • Yazılıb
  • da (də) 2013 Jun 17