Tarix : 2013 Jun 24
Kod 39028

Vəhhabilər 4 şiəni vəhşicəsinə şəhid edib

Misirdə Vəhhabilrə 4 şiəni vəhşicəsinə şəhid edib. Hadisə dünən Misirin paytaxtı Qahirə şəhərindən 30 killometr aralıda yerləşən Zaviyə Əbu Muslim qəsəbəsində baş verib
/Aran Agentliyi

Misirdə Vəhhabilrə 4 şiəni vəhşicəsinə şəhid edib. Hadisə dünən Misirin paytaxtı Qahirə şəhərindən 30 killometr aralıda yerləşən Zaviyə Əbu Muslim qəsəbəsində baş verib.

Dünən ölkənin paytaxtı Qahirə şəhərindən 30 killometr aralıda yerləşən Zavayyat Əbu Muslim qəsəbəsində baş verib. Vəhhabilər bir şiə alimini amansız hücuma məruz edərək onu, iki qardaşını və digər bir yerli sakini şəhid ediblər.

Məlumatda qeyd edilir ki, silahlı vəhhabi terrorçular sözü gedən  qəsəbəyə daxil olaraq şiəliyi yaydığı üçün Şeyx Həsən Şəhatəni yaşadığı yeri tərk etməyə çağırıblar. Şeyx Həsən Şəhatənin qəsəbəni tərk etməkdən imtinası onun vəhşicəsinə öldürülməsi ilə nəticələnib.

Terrorçular sonar Şəhid etdikləri şeyxin evinə hücum edib onun əşyasının dağıdıblar.

Hadisə Misirin Əlcizə vilayətində baş varib. Misirin müxtəlif rəsmi və qeyri rəsmi qurumları və cəmiyyətləri hadisəyə reaksiya veriblər.

Misir prezidenti Məhəmməd Morsinin və İxnanəl-Müslimin (Müsəlman Qardaşlar)-in Suriyada cihada dəvətinin ardınca Misirdə məzhəblərarası gərginliklərin şiddətlənməsi haqda nigarançılıqlar artmışdır.

 

  • Yazılıb
  • da (də) 2013 Jun 24