Tarix : 2013 Jun 30
Kod 39112

YUNESKO-nun ''Ustad Şəhriyar'' beynəlxalq mükafatı təsdiqlənib

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO İranın müasir şairi Ustad Şəhriyar beynəlxalq mükafatını bu təşkilatın komissiyasında hazırlayaraq təsdiqləyib
/Aran Agentliyi

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO İranın müasir şairi Ustad Şəhriyar beynəlxalq mükafatını bu təşkilatın komissiyasında hazırlayaraq təsdiqləyib.

İRNA-nın məlumatına görə, YUNESKO-nun Beynəlxalq Ədəbiyyat Mükafatının Verilməsi komitəsi cümə günü bildirib: Ustad Şəhriyar beynəlxalq ədəbi mükafatının ilk dövrünün təqdim olunması üzrə mərasim 2014-cü ildə yayda Tehranda təşkil olunacaq.

Bu beynəlxalq mükafatın mövzusu Ustad Şəhriyarın əsərlərinin qeyd olunması ilə fars dili və ədəbiyyatı sahəsində yenilik, elm, təhqiqat və yazıçılıq işlərinin həyata keçirilməsi olacaqdır.

Şəhriyar təxəllüslü İranın azəri dilli şairi Seyid Hüseyn Behcət Təbrizi 1367-ci hicri şəmsi ilində 82 yaşında dünyasını dəyişib.

  • Yazılıb
  • da (də) 2013 Jun 30