Tarix : 2013 Jul 03
Kod 39177

300 xarici investor Təbrizə gəlir

Şərqi Azərbaycan sərmayə qoyuluşu üzrə potensiallarını xarici və yerli investorlara tanıtdırır
/Aran Agentliyi

Şərqi Azərbaycan sərmayə qoyuluşu üzrə potensiallarını xarici və yerli investorlara tanıtdırır.

Səhər  kanalının  Təbriz müxbiri məlumat verir ki, Şərqi Azərbaycanın İnvestisiya Qərargahının katibi Rza Hüseyni jurnalistlərlə müsahibədə Təbrizdə keçirilən 4-cü Beynəlxalq İran-Şərqi Azərbaycan İnvestisiya Potensialları Sərgisinə 300 xarici investorun dəvət aldığını bildirərək, deyib: Şərqi Azərbaycanın sənaye, mədən, ticarət, kənd təsərrüfatı, emal sənayesi, abadlıq və tikinti sektoru, enerji və infrastruktur sektoru, turizm və xidmət, azad ticarət və sənaye məntəqələri üzrə potensialları bu beynəlxalq sərgidə xarici sərmayə sahibləri üçün tanıtdırılacaq.

 Sərmayə sahibləri arasında texniki və informasiya mübadilələrinin həyata keçirilməsi Şərqi Azərbaycanda İnvestisiya İmkanları Sərgisinin digər proqramlarındandır.

 Ərəs Azad Ticarət Məntəqəsi ilə əlaqədar layihələr də bu sərgidə investorların diqqətinə çatdırılacaq.

 Təbriz və Urmiyada(Ərəs Azad Ticarət Məntəqəsində) keçiriləcək 4-cü Beynəlxalq İran-Şərqi Azərbaycan İnvestisiya Potensialları Sərgisi yerli və xarici sərmayə sahibləri üçün dəyərli fürsət sayılır.

 Şərqi Azərbaycan indiyə kimi birbaşa olaraq 1 milyard dollar həcmində xarici sərmayə cəzb etməyə nail olub.

  • Yazılıb
  • da (də) 2013 Jul 03