Tarix : 2013 Jul 09
Kod 39302

Birtərəfli hörmət modelinə xitam vermək zəruridir

g/arannews

Birtərəfli hörmət modelinə xitam vermək zəruridir

Əhməd Övlanəsəb

Son illər ərzində İran-Azərbaycan münasibətlərində baş verən hadisələrə nəzər saldıqda aydın olur ki, Tehran-Bakı arasındakı hazırkı əlaqələr “qarşılıqlı hörmət” prinsipi əsasında cərəyan etmir. Bu əlaqələr modelinə ən münasib ad “hörmət və hörmətsizlik” dır.

Başqa sözlə, İranın hörmət və inteqrasiyaya təkidi, Bakının isə hörmətsizlik və uzaqlaşmada israrlı olmasının şahidiyik.

İran İslam Respublikasının seçilmiş prezidenti Həsən Ruhani yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi ilk mətbuat konfransında bildirdi ki, xarici siyasətdə “Tədbir və Ümid  Dövləti”-nin başlıca prioriteti dünya ölkələri xüsusilə də qonşu ölkələrlə əlaqələrin qarşılıqlı hörmət və mənafelər çərçivəsində qurulmasıdır. Bu mənada dəyişikliyə xeyli ehtiyaclı olan sahələrdən biri şimal qonşumuz olan Azərbaycan Respublikası ilə münasibətlərimizdir.

Azərbaycan Respublikası çoxmillətli və əsasən şiələrdən ibarət olan  9 milyonluq əhalisi  olan Cənubi Qafqazın ən iri ölkəsidir. Bura mənfur Gülüstan və Türkmənkçay müqavilələri nəticəsində İrandan ayrılmışdır.

Oliqarxiya hökuməti tərəfindən idarə olunan bu varlı neft ölkəsi Qarabağın işqalı ilə bağlı Ermənistan ilə  atəşkəs dövründədir.  Azərbaycan torpaqlarının 20%-i istiqlalçılar tərəfindən bu ölkə ərazisindən ayrılıb.

1994-cü ildən bəri iki ölkə qüvvələrinin təmas xəttində atəşkəs elan olunub.

Son illər ərzində İran-Azərbaycan münasibətlərində baş verən hadisələrə nəzər saldıqda aydın olur ki, Tehran-Bakı arasındakı hazırkı əlaqələri qarşılıqlı hörmət prinsipi əsasında cərəyan etmir.  Bu əlaqələr modelinə ən münasib ad “hörmət və təhqir”-dır. Başqa sözlə, İranın hörmət və inteqrasiyaya təkidi, Bakının isə təhqir və uzaqlaşmada israrlı olması.

Həqiqət budur ki, İran 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən biri olaraq, daim bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünü  himayə etməyi   özü üçün bir prioritet sayır.

Belə ki, İran İslam Respublikası quruluşunun Məsləhəti Şurasının katibi və Sepah-ın keçmiş komandanı Möhsün Rzayi ötən ilin martında Beynəlxalq Səhər Kanalı ilə müsahibədə faş  etdi ki, Qarabağ müharibəsi zamanı İran Azərbaycana hərbi yardım edib və Azərbaycan Respublikasının müdafiəsində iştirak edən bir neçə iranlı döyüşlər zamanı şəhid olub.

İran həatta, Azərbaycanda Əbülfəz Elçibəyin başçılığı ilə şovinist Xalq Cəbhəsi Partiyasının Qarabağın azadlığı yerinə, sadəlövhcəsinə Təbrizin İrandan ayrılması şüarını verdiyi zaman Azərbaycan müsəlmanlarına yardım etməkdən çəkinmədi.

Tehran 1991-ci ildən Azərbaycan Respublikasına humanitar yardımlar göstərməyə başlayıb. Daha sonra hərbi, siyasi və təhlükəsizlik yardımları ilə bunu təkmilləşdirmiş oldu.

1993-cü il 26 iyun tarixində o zamanlar Naxçıvanda qalmağa məcbur olan Heydər Əliyev İranın o zamankı prezidenti Haşimi Rəfsəncaninin şəxsi təyyarəsi ilə Bakıya gətirildi.

O gün Azərbaycan Respublikasının siyasi təqvimində Milli Qurtuluş Günü kimi qeyd olunub!  

Bu günlər və Milli Qurtuluş Günü ilə bağlı proqramlarda Heydər Əliyevin hakimiyyətə gəlməsində İranın roluna işarə olunmasa da, İranın o günlər etdiyi yardımlar bunlarla məhdudlaşmır.

Heydər Əliyev hökuməti bütün sahələrdə İranın yardımlarından bəhrələnib.

Ermənistan tərəfindən mühasirədə olan Naxçıvan İran tərəfindən neft və qaz ilə təmin olunur. Eyni zamanda İranın əvəzsiz ərzaq yardımları mühasirədə olan bu məntəqədə insani faciənin baş verməsinin qarşısını almaqda mühüm rol oynayıb.

İranın hərbi yardımları və hətta, Tehranın Ermənistana birbaşa xəbərdarlığı Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə mane oldu.

 Bunun nəticəsində İranın Herkules tipli bir yük təyyarəsi  Qarabağ səmasında ermənilər tərəfindən  vurulmuşdu. Təyyarədə 17-si qadın və uşaq olmaqla 23 nəfər var idi.

Amma, Tehran öz müsəlman və yenicə müstəqillik əldə etmiş şimal qonşusunun ərazi bütövlüyünün himayəsində qətiyyətli idi və 12 may 1994-cü il tarixində Ermənistan ilə Azərbaycan arasında atəşkəsin imzalanmasından sonra da Azərbaycan Respublikasına  yardımlarını davam etdirdi.

 İranın İmam  Xomeyni adına İmdad  Komitəsi  və Qırmızı Aypara Cəmiyyətinin nümayəndəlikləri Azərbaycanda fəaliyyətə başladılar və 10 minlərlə insanı öz himayələrinə götürdülər.  Qarabağ didərginləri, müharibə veteranları və şəhid ailələrinə edilən bu yardımlar hələ də davam edir.

İndi 20 ildir ki, hər gün onlarla avtobus, minik maşını, yük maşını və yanacaq tankerləri və yüzlərlə Bakı vətəndaşı Biləsuvar gömrük məntəqəsi vasitəsilə İrana daxil olur və viza almaq ehtiyacı duymadan Naxçıvana getmək üçün İran ərazisindən istifadə edir. 

İranın yenicə müstəqillik əldə etmiş Bakı dövlətinə olan yardımları Heydər Əliyevin hakimiyyəti dövründə(1993-2003) olduğu kimi, İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra da davam etdi.

Bu yardımların davamında İran Azərbaycan Respublikası vətəndaşları üçün birtərəfli qaydada viza rejimini ləğv etdi.

Amma, bunun müqabilində Bakı dövləti sözdə və şüarda Tehran ilə yaxın əlaqələrə təkid etdiyi qədər, əməldə İrana qarşı heç bir düşmənçilik hərəkətindən çəkinməyib. Bu arada Tehranın Bakı ilə əlaqələrdə hörmət və inteqrasiyaya təkid etdiyi bir halda, Bakı Tehran ilə əlaqəərdə təhqir və uzaqlaşmada israrlı olub. 

Bakı dövlətinin İrana qarşı son iki ildə atdığı addımlar onlarladır :

·       Azərbaycan Respublikasında tədris olunan dərsliklərdə İran tarixi və ərazi bütövlüyünün təhrif edilməsi və yeni nəsil azərbaycanlılar üçünİranı bir təcavüzkar ölkə kimi tanıtdırılmaq cəhdi.

·       Rəsmi və qeyri-rəsmi medialarda qondarma Cənubi Azərbaycan terminindən istifadə etməklə İrana qarşı ərazi iddiası ilə çıxış etmək.

·       İranın nüvə alimlərinin terror edilməsində Mossad ilə əməkdaşlıq etmək. O cümlədən iranlı alim Dr.Şəhriyarinin terror edilməsində icraçı amil olan Cəmali Fəşinin Mossad agentləri ilə Bakıda görüşməsi. Dr.Əhmədi Rövşən və Əliməhəmmədinin terror edilməsində rolu olmuş Cavidan ləqəbli bir yəhudiyə sığınacağın verilməsi. Bütün bu hallar Bakının Tehrandakı səfirinin İran XİN-ə çağrılmasına və etiraz notasının verilməsinə səbəb oldu.

·       Sionist rejim ilə 2 milyard dollar civarında  silah müqaviləsinin imzalanması və İsrailin Hermes və Heron tipli pilotsuz təyyarələrinə İran sərhədlərində uçuşlar həyata keçirmələri üçün münasib şəraitin yaradılması.

·       Sionist rejimin neft və qaza olan tələbəatının təqribən yarısının təmin edilməsi o cümlədən 33 və 22 günlük müharibələrdə İsrail ordusunun tanklarının yanacağa olan ehtiyacının ödənilməsi.

·       Orta məktəblərdə hicab qadağasına etiraz edən hicab müdafiəçiləri və islamçılardan onlarla nəfərin narkotik maddə, çevrilişə cəhd və ya İrana casusluq kimi qondarma ittihamlarla həbs edilməsi. Bəzi məhbus dindarların o cümlədən islamçı Azadxəbər saytının baş redaktoru Nicat Əliyevin işgəncə edilməsi üçün İsrailin Bakıdakı səfirliyinə təhvil verilməsi.

·       DAK kimi anti-İran və separatçı qruplaşmalara Bakıda toplantılar təşkil etmək icazəsinin verilməsi.

·       Anti-İran millətçi medialara fəaliyyət icazəsinin verilməsi və himayə olunması. O cümlədən ABŞ-ın himayəsi ilə İranda millətçiliyi qızışdırmaq və separatçılıq təbliğatları aparmaq məqsədilə təsis edilmiş irqçi GünazTV-yə Bakıda studiya və ofis açmaq icazəsinin verilməsi.

·       Münafiqlər və Pejak kimi anti-İran terrorçu qruplaşmaların bir tedad üzvlərinə  pənah vermək.

·       İrana qarşı qanunsuz sanksiyalarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən daha artıq səviyyədə  israr etmək. Belə ki, İran vətəndaşları Azərbaycanda bank hesabları aça bilmirlər.

·       Royal Bank-ın imtiyazlarının ləğv edilməsi yolu ilə iranlı sərmayə sahiblərinin 10 milyonlarla dollarının müsadirə edilməsi

·       Azərbaycan Respublikasında yaşayan yüzlərlə iranlını vizalarının müddətinin artırılmaması yolu ilə Azərbaycanı  tərk etmək məcburiyyətində qoymaq və ya onlardan İran vətəndaşlığından imtina etmələrinin tələb olunması.

·       Azərbaycan Respublikasında narkotik maddələr və ondan istifadənin genişlənməsində İranı taqsırlı  kimi qələmə verilmək. Halbuki, Bakı dövlətinin əsgərləri Əfqanıstanda xaşxaş plantasiyalarının təhlükəsizliyinin təmin edilməsində amerikalılar ilə əməkdaşlıq edirlər və İSAF-ın nəzarəti altında olan hava dəhlizi vasitəsilə Əfqanıstandan Avropaya narkotik maddələrin daşınmasında Azərbaycan səmasından istifadəyə icazə veriblər.

·       İran ilə sərhəd məntəqələrdə  (sərhəddən 45 kilometrlikdə)  yaşayan insanların vizasız olaraq gediş-gəlişini təmin edən müqavilənin birtərəfli qaydada 2012-ci ilin dekabrında ləğv edilməsi.

·       Onlarla iranlı turistin rüşvət verməkdən imtina etdikləri üçün saxta narkotik ittihamı ilə  Azərbaycan polisi tərəfindən həbs edilməsi.

·       İranın Bakıdakı nümayəndəliklərinin 6 işçisinin Bakı hava limanından geri qaytarılması. Baxmayaraq ki, bu şəxslər xidməti pasporta və vizaya malik olublar.

·       Bakıda keçirilən İran sərgisində Ərdəbil pavilyonunun mühafizə xidmətinin işçisi Mikayıl Kazeminin öz silahının xəzinəsini  səhvən gömrük əməkdaşlarına təqdim etmədiyi üçün uzun müddət həbs edilməsi. Halbuki, İran son iki ildə 3 dəfə İranda casusluq və qeyri-adi davranışlarına görə həbs olunmuş Bkıdan göndərilmiş şəxsləri  azad edib. Bu hallar bunlardan ibarətdir: Azərbaycanlı fizikaçı Rəşid Əliyevin azad edilməsi, şair olduqları iddia edilən Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad edilməsi və xanım Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovun azad edilməsi.

·       İranın yük maşınlarının Bakı hakimiyyətinin nəzarəti altında olan ərazilərdən keçərək, Gürcüstan, Rusiya və digər ölkələrə getməsinə icazənin verilməməsi.

·       Bakı dövlət başçısının Qoşulmama Hərəkatının Tehran sammitində və Tehranda keçirilən Beynəlxalq Novruz Şənliyində iştirakdan imtina etməsi. Halbuki, bu tədbirlərdə iştirakı üçün dəfələrlə dəvət olunmuş və İran prezidenti Mahmud Əhmədinejad Xəzər və EKO sammitlərində iştirak üçün 1389 və 1391-ci hicri şəmsi illərində Bakıda səfərdə olmuşdu.

·       Azərbaycan vəhhabilərinin Suriyada Əsəd hökumətinə qarşı savaşda iştirakına şəraitin yaradılması. Bu istiqamətdə Zaqatala və Qusar rayonlarından vəhhabilərin Suriyaya aparılması mexanizminə işarə etmək olar.

·       Bakı KİV-ində İranın Ermənistanı hərtərəfli formada himayə etməsi kimi yalan iddiaların təbliğ edilməsi. Halbuki, Azərbaycanda dövlət mafiyası ilə iş birliyi həyata keçirərək, Ermənistan rəsmiləri rus adı altında Bakının neft quyularında sərmayə qoyub, yatırımlar ediblər. Və Bakı uzun illər Ermənistana ucuz qiymətə neft və qaz satmaqla indi ARDNŞ rəsmi formada Ermənistana neft və qaz satmağa hazır olduğunu bildirir.

·       İran azərilərinin işlərinə müdaxilə etmək yolu ilə etnik meyllərin qızışdırılmasına cəhd göstərmək. 31 dekabrın sözdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi buna bir misal ola bilər.

·       İranın Xəzər dənizindəki ərazisində yerləşən Sərdar Cəngəl neft yatağına qarşı mülkiyyət iddiasının irəli sürülməsi. Halbuki, bu iddianın irəli sürülməsindən bir il öncə bu yatağın kəşf olunduğu zaman Bakı rəsmiləri Tehranı təbrik etmişdilər.

Bakı dövləti İrana qarşı bu qeyri-dost münasibətin davamında Vəli Fəqihin, İmdad Komitəsinin, İran Milli Bankının, Mədəniyyət Mərkəzinin, İranın Radio və Televiziya Təşkilatının və digər İran qurumlarının Bakıdakı nümayəndəliklərini habelə, Bakıda fəaliyyət göstərən İran məktəbinin fəaliyyətinin dayandırılması məqsədilə  2 il öncədən öz təzyiqlərini daha da artırıb.

İran nümayəndəliklərinin işçilərinə vizanın verilməsində qeyri-qanuni problemlərin yaradılması, bu  nümayəndəliklərin yerli işçilərinin təhdid edilməsi, vergi adı altında maliyyə problemlərinin yaradılması və sairə metodlar Bakı dövlətinin İran nümayəndəliklərinə qarşı istifadə etdiyi təzyiq vasitələrindən sayılır.

Bu qeyri-insani davranışlara aydın nümunə olaraq, İranın Radio və Televiziya Təşkilatının yerli işçisi Anar Bayramlının 1390-cı hicri şəmsi ili bəhmən ayında qanunsuz olaraq saxta ittihamlarla həbs olunmasını misal göstərmək olar ki, beynəlxalq hüquq müdafiəçiləri və insan haqları təşkilatları bu məsələyə kəskin etirazlarını bildirmişdilər. Bakı dövləti söz azadlığı və media azadlığından dəm vurduğu və elə bu bəhanə ilə İrana qarşı separatçılıq fəaliyyəti ilə məşğul olan qruplar və medialara Bakıda fəaliyyət icazəsi verdiyi halda, dəfələrlə İranın Radio və Televiziya Təşkilatının Bakıdakı ofisinin fəaliyyətini, iki ölkə əlaqələrinin genişlənməsi və möhkəmləndirilməsi istiqamətində olan fəaliyyətlərinə rəğmən, dayandırmağa çalışır. Bakı dövləti həmçinin təhqiramiz davranışları ilə İmam  Xomeyni adına imdad  komitəsi və İmam Əli(ə) klinikasının fəaliyyətlərini dayandırmağa çalışır. Bu isə, həmin qurumun 20 illik xeyriyyəçi fəaliyyətləri qarşısında qədirbilməzlik hesab olunur.

Bu halların hamısı onu deməyə əsas verir ki, İran və Bakı dövləti arasındakı əlaqələrdə qarşılıqlı ehtiram gözə dəymir. Əlbəttə, Bakının anti-İran və anti-İslam siyasətləri bu sadalananlardan daha genişdir. İki ölkə əlaqələrinin kəmiyyəti və keyfiyyətinə nəzər saldıqda aydın olur ki, son illər ərzində İran yenicə müstəqillik əldə etmiş Bakı dövləti ilə nə qədər hörmətlə davranıbsa, Bakı dövləti bunun qarşılığında bir o qədər təhqiramiz davranıb və anti-İran rəftarlarını artırıb.

Xülasə olaraq demək lazımdır ki, istər qardaşlıq  mövqeyindən, istər İslami mehribanlıq üzündən istərsə də Bakı rəsmilərinin ikitərəfli görüşlərdə səsləndirdikləri ürək oxşayan şirin sözlərinin vurğunu olmaq baxımından İranın Bakı dövləti qarşısındakı hazırkı xarici siyasət kursu izzət, hikmət və məsləhət prinsipləri ilə uzlaşmır. Buna görə də İran xalqının 24 xordadda prezident seçkisin də yaratdığı siyasi qəhrəmanlığın ardınca Tədbir və Ümid Dövlətinin ölkəmizin müxtəlif imkan və potensiallarından haqlı olaraq istifadə edərək, Bakı dövləti ilə münasibətlərdə birtərəfli hörmət modelinə son verəcəyi gözlənilir. Tədbir və Ümid Dövlətinin başçıları başa düşəcəklər ki, Bakı rəsmilərinin Həsən Ruhaninin prezidentliyi dövründə İran ilə əlaqələrin inkişafına səy göstərməklə bağlı təbliğat xarakterli sözləri Bakının əməli addımları ilə uzlaşmır. Necə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının sədri Ramiz Mehdiyevin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İrana olan səfərlərinin və Tehranın onları ali səviyyədə qarşılamasının, bu Bakı rəsmilərinin İran ilə dostluq münasibətlərinə təkid etmələrinin ardınca Bakının İran nümayəndəliklərinə qarşı təzyiqlərinin daha da artdığının şahidi olmuşuq.

Bakı hətta bunlarla da qane olmayaraq, anti-İran siyaətlərini daha da genişləndirmək üçün qarşıdan gələn prezident seçkilərini gözləyir.

Həqiqət budur ki, İran Bakı dövləti qarşısında etimadın yaradılması üçün bütün mümkün olan addımları atıb və Azərbaycan Respublikası xalqının ümumi baxışı Bakı medialarının qarapiyar və əks təbliğatlarına baxmayaraq bu məsələdən agahdır. Buna görə də, birtərəfli hörmət modelinin ikitərəfli hörmət modeli ilə əvəz edilməsi Bakının müəyyən addımlar atmasına ehtiyaclıdır. İranın Bakıdakı nümayəndəliklərinə qarşı təzyiqlərin və təhlükəsizlik baxışının dayandırılması, İmdad Komitəsi və İranın Teleradio Təşkilatının Bakı ofislərinə qarşı qanunsuz və qeyri-dost münasibətlərin islah edilməsi, anti-İran və separatçı qruplaşmalara ev sahibliyi edilməsinə son qoyulması qarşılıqlı etimadın yaradılması istiqamətində atılacaq ilk addımlar ola bilər. Çünki, bəzi nikbin baxışlara rəğmən, Bakı dövləti bu gün sionist rejimin nümayəndəsi kimi çıxış edir və təsadüfi deyil ki, Bakı dövlətinin başçısı İsrail ilə əlaqələrini yalnız onda biri görünən aysberqə bənzədir.

  • Yazılıb
  • da (də) 2013 Jul 09