Tarix : 2013 Jul 09
Kod 39312

İnquşetiyada Ramazan ayında spirtli içkilərin satışı qadağan edilib

İnquşetiyada ictimai yerlərdə iftara qədər siqaret çəkmək və spirtli içkilərin istifadəsinə də qadağa qoyulub
/arannews

İslaminsesi.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, İnquşetiya başçısı vəzifəsini icra edən Yunusbəy Yevkurovun 8 iyul tarixli fərmanı ilə respublikada Ramazan ayında spirtli məhsulların satışına qadağan olunub.

Fərmana əsasən spirtli içkilərin satışının qadağası ilə yanaşı İnquşetiyada ictimai yerlərdə iftara qədər siqaret çəkmək və spirtli içkilərin istifadəsinə də qadağa qoyulub. 

  • Yazılıb
  • da (də) 2013 Jul 09