Tarix : 2013 Jul 21
Kod 39627

Bakı Qarabağ münaqişəsinin həlli üçün İranın xoşməramlılığını anlayır

İranın Azərbaycan Respublikasındakı səfiri deyib: Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərmək üçün İranın xoşməramlılığını anlayır

İranın Azərbaycan Respublikasındakı səfiri deyib: Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərmək üçün İranın xoşməramlılığını anlayır.

İran Tələbələri İnformasiya Agentliyi İSNA-nın məlumatına görə, Möhsün Pakayin Azərbaycan Respublikası xarici işlər naziri tərəfindən Dağlıq Qarabağ münaqişəsində İranın vasitəçiliyini təklif edilməsi barəsində deyib: İran Azərbaycanın xarici işlər nazirinin Qarabağ münaqişəsinin həllində digər ölkələrin köməyi barəsindəki müsbət strategiyasını əhəmiyyətli hesab edir.

İranın Bakıdakı səfiri Dağlıq Qarabağ münaqişəsinin həll olunmadan regiona sülh və təhlükəsizliyin hakim olmayacağını bəyan edərək söyləyib: bu məsələnin dinc yolla həll olunmasına çalışmaq lazımdır.

İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak üçün öz hazırlığını bildirdiyini bəyan edən Pakayin deyib: İran İslam Respublikasının prinsipial siyasəti münaqişənin həlli üçün təsirli həll yollarının tapılması istiqamətində Azərbaycan Respublikası və Ermənistan arasında istənilən müzakirənin dəstəklənməsidir.

“Ermənistan və Azərbaycan Respublikası inkişafda olan iki ölkədir və öz inkişaflarını davam etdirmək üçün təhlükəsizlik və sabitliyə ehtiyaclıdırlar” –deyə Pakayin qeyd edib.

Minsk qrupunun zəif funksiyası ilə əlaqədar Azərbaycan Respublikası və İranın müştərək mövqeyinə toxunan Pakayin əlavə edib: Bu qrupun tənqid olunmasının səbəbi budur ki, onun həmsədrləri regionda sülh və təhlükəsizliyin bərqərar olunması və bu münaqişənin həll olunması istiqamətində diqqəti cəlb edəcək şəkildə fəaliyyət göstərmirlər və təkcə İran deyil, Azərbaycan Respublikası və regionun digər ölkələrinin rəsmiləri və siyasi ekspertləri də bu məsələni etiraf edirlər.

İranın Bakıdakı səfiri söyləyib: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün addım atmaq istəyən hər bir qrup və ya ölkə ciddi şəkildə və proqramla məsələyə daxil olmalıdır.

  • Yazılıb
  • da (də) 2013 Jul 21