Tarix : 2013 Jul 23
Kod 39663

İki hicab məhbusunun apellyasiya məhkəməsi keçirildi

Ramil Vəliyev və Elşad Rzayevin apelyasiya məhkəməsi keçirilib

Ramil Vəliyev və Elşad Rzayevin apelyasiya məhkəməsi keçirilib.

Islamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə hicab məhbuslarından növbəti qrupun apelyasiya şikayətinə baxılıb.

5 oktyabr "hicaba azadlıq" şüarı ilə keçirilən aksiyada həbs edilən Ramil Vəliyev və Elşad Rzayevin Nərimanov rayon məhkəməsinin müvafiq olaraq verdiyi 6 il 6 ay və 6 il qərarından verilmiş şikayətə baxılıb.

Məhkəmə iclası saat 10:00-a təyin edilsədə, saat 11:30-da başlayıb.

Ramil vəliyevin vəkili Qasım Sərdərov və Elşad Rzayevin vəkili Bəxtiyar Hacıyev müvəkkillərinin istintaqının davam etdirilməsini və zərərçəkmişlərin ifadələrində dəyişikliklik olduğunu irəli sürərək yenidən araşdırılmasını hakimdən istəyiblər.

Bu gün şikayətə ilkin baxış olduğundan məhkəmə tanışlıq xarakteri daşıyıb. Hakim Vaqif Mursaqulov məhkəmə iclasını avqustun 5-i saat 10:30-a təyin edib.

Qeyd edək ki, Ramil Vəliyev və Elşad Rzayevlə bir qrupda mühakimə edilmiş Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev və Elçin Məmmədovun işindən apellyasiya şikayəti verilməyib.

  • Yazılıb
  • da (də) 2013 Jul 23