Tarix : 2013 Jul 23
Kod 39668

AİP Həzrət Zeynəb hərəminə hücumu pislədi

AİP mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan İslam Partiyası Suriyada hökumət əleyhinə döyüşən terrorçu qrupların Dəməşqdə Xanım Zeynəbin ...

AİP mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan İslam Partiyası  Suriyada hökumət əleyhinə döyüşən terrorçu qrupların Dəməşqdə Xanım Zeynəbin müqəddəs hərəminə hücumunu pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: "Bu gün Suriyada  dinc əhalini öldürən, baş kəsməkdən belə çəkinməyən terrorçu qrupların bir az öncə  səsləndirdikləri xəbis niyyətlərindən irəli gələn firkin üzərində - İslamın bu günə qədər  mövcudluğuna zəmin yaradanlardan olan Xanım Zeynəbə (s) qarşı düşmənçilik, o Həzrətin hərəminə qarşı dağıdıcı mövqeyində dayanmaqları öz təsdiqini tapır. Müqəddəs məkana silahlı basqın heç də Suriya hakimiyyətinə deyil, birbaşa İslam dininə, onun müqəddəs şəxsiyyətlərinədir.

Hesab edirik ki, Suriyaya toplaşan bu quldur dəstələr İslamda parçalanmaya, onu zəiflətməyə xidmət  etməkdədirlər. Aldanmış və qəddarlıq simvoluna çevrilmiş bu canilər axirətlərini  başqalarının dünyasına, şeytanın hiylələrinə qurban verirlər. Onlar  fələstinlilərin qanını içən İsrail əsgərlərindən heç nə ilə fərqlənmirlər.

Xanım Zeynəbin Allah qarşısında məqamını anlamayan insan bədbəxtdir. Ya da, bu insanlarin iradəsi sionizmin hiyləgər  siyasəti qarşısında çox acizdir. Təəsüf və təəccüb doğuran hal odur ki, terrorçular arasında bu gün vuruşanların sırasında  azərbaycanlı soydaşlarımız da vardır. Bu, həm Allah qarşısında, həm də İslam aləmində ölkəmizə ləkə gətirən hərəkətdir. Zaman-zaman kafirlər onsuz da Əhli-beytə, o Həzrətlərin uyuduqları məkanlara qarşı  hücumlar etmiş, bombalar yağdırmışlar, amma bombalar nəticədə öz başlarına  tökülüb. İnanırıq ki, yenə də belə olacaq."

  • Yazılıb
  • da (də) 2013 Jul 23