Tarix : 2013 Jul 23
Kod 39678

“Amerikalılar davranışlarında sədaqətli deyillər”

İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, amerikalılar etimad olunmaz və məntiqsizdirlər və davranışlarında sədaqətli deyillər

 

İslam İnqilabının Böyük Rəhbəri buyurublar ki, amerikalılar etimad olunmaz və məntiqsizdirlər və davranışlarında sədaqətli deyillər.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bazar günü günortadan sonra quruluşun rəsmiləri və məsul şəxslərini qəbul ediblər.

İranla müzakirə üçün amerikalıların son açıqlamalarına münasibət bildirən Böyük Rəhbər buyurublar: Bu ilin əvvəlində də bildirdim ki, ABŞ-la müzakirəyə nikbin deyiləm. Baxmayaraq ki, ötən illərdə İraq kimi xüsusi məsələlərdə müzakirəni qadağan etmədim.

“Ötən bir neçə ayda ABŞ rəsmilərinin mövqeləri bir daha onlara nikbin olmamaq zəruriliyini təsdiqlədi” –deyə Böyük Rəhbər söyləyiblər.

Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: Biz həmişə dünya ilə anlaşmaya inanmışıq və inanırıq. Lakin dünya ilə anlaşmada əsas məsələ qarşı tərəfi tanımaq və onun məqsədləri və fəndlərini dərk etməkdir. Çünki onu düzgün tanımasaq, badalaqla üzləşəcəyik.

İnqilab Rəhbərinin sözlərinə görə, dünya ilə anlaşmada öz düşmənlərimizin funksiyasını unutmamalıyıq. Hətta əgər bəzi məsələlərə görə, onları dilə gətirməsək belə.

Böyük Rəhbər xatırladıblar: İrtica, imperializm, bəzi qərb siyasətçiləri və regional hökumətlərin bəzi zəif rəsmiləri İran xalqı qarşısında geniş cəbhə yaradıblar ki, indiyə qədər heç bir ölkə qarşısında yaradılmamışdır.

Ölkənin vəziyyətinə ətraflı mövqedən diqqət yetirən Böyük Rəhbər 7 həqiqəti diqqət mərkəzində saxlayıblar.

“Gözəl coğrafi mövqe”, “iftixarlı, qədim sivilizasiyalı və köklü tarix”, “təbii sərvətlər və nəzərə çarpacaq insan istedadı” Böyük Rəhbərin işarə etdiyi ilk üç həqiqət olmuşdur.

4-cü həqiqəti açıqlayan Həzrət Ayətullahülüzma Xamenei əlavə ediblər: İran son 2-3 əsrdə daxili müstəbidlik və diktatura və xarici siyasi və mədəni nüfuz və hücum tərəfindən ağır zərbələr görüb ki, hər bir əsaslı təhlildə diqqət mərkəzində durmalıdır.

Məşrutə, neftin milliləşməsi və İslam İnqilabı ilə bağlı üç dövrdə milli və ictimai oyanışı başqa bir həqiqət adlandıran İnqilab Rəhbəri xatırladıblar: Məşrutədə milli qiyam və milli hərəkat məğlub oldu. Lakin İslam İnqilabının qələbəsi və İslam Respublikasının yaranması İranın əcnəbilər tərəfindən aldığı zərbələrə qətiyyətli cavab idi.

Həzrət Ayətullahülüzma Xamenei müxtəlif siyasi-iqtisadi, elmi və mədəni sahələrdə yenilməz hərəkət təcrübəsini 6-cı həqiqət hesab ediblər ki, ölkəyə ümumi baxışda diqqət mərkəzində durmalıdır.

“Möcüzəvi elmi inkişaf, regional önəmli məsələlər və bununla beynəlxalq məsələlərdə inkar olunmaz təsiredicilik, quruculuqda sensasiyalı inkişaf, tağut dövrü ilə müqayisədə mədəniyyətin 180% dəyişilməsi son 30 ilin qalib hərəkətinin nişanələrindəndir” –deyə Böyük Rəhbər əlavə ediblər.

İranın tarixi və hazırkı həqiqətlərini bəyan edən Böyük Rəhbər bildiriblər: İqtisadiyyat məsələsi və elmi nailiyyətlərin davam etməsi bütün məsul şəxslərin iş gündəmində olmalıdır.

İran xalqına şamil olan ilahi ardıcıl qələbələrə toxunan İnqilab Rəhbəri  əlavə ediblər: İlahi fəzilətlərin sonuncusu prezident seçkilərində böyük siyasi qəhrəmanlığa kömək idi. Bu möhtəşəm qəhrəmanlığın təsiri tədricən müxtəlif sahələrdə aşkar olacaqdır.

İslam İnqilabının Böyük Rəhbəri dini demokratiya və sağlam demokratiyanı daxili siyasətin ən böyük uğurlarından adlandırıb və deyiblər: Qərbdə mövcud olan fəndlər və hiylələr olmadan icra qüdrətinin həqiqi və sağlam şəkildə əldən ələ keçməsi İran xalqı və islam quruluşunun dünyaya təqdim etdiyi yeni və dəyərli modeldir.

Həzrət Ayətullahülüzma Xamenei daxili qüdrət və quruculuq məsələlərini açıqlayaraq problemlər və düşmənlərlə qarşılaşmada xalq və rəsmilərin qətiyyətli iradəsi və bu iradəyə xələlin gəlməməsinin zəruriliyini vurğulayıb və xatırladıblar: Rəsmilər siyasi, iqtisadi və təbliğat sahələrində düşmənin qaşqabağı və üz-gözünü turşutması qarşısında heç bir vəchlə zəiflik nümayiş etdirməməlidirlər.

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatından sonra İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad hökumətin müxtəlif sahələrdə 8 illik fəaliyyəti ilə bağlı təfərrüatlı hesabatı açıqlayıb.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jul 23