Tarix : 2013 Jul 23
Kod 39679

İlham Əliyev Doktor Ruhaninin andiçmə mərasiminə dəvət olunub

Cənab Doktor Ruhaninin andiçmə mərasimi 13 mordad, 4 avqustda İranın İslam Şurası Məclisində keçiriləcək

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçi Azərbaycan Respublikasının İran İslam Respublikasının yeni prezidentinin andiçmə mərasimində yüksək səviyyədə iştirak edəcəyi haqda ümidvarlığını bildirib.

Abbas İraqçi özünün Tehrandakı həftəlik brifinqində Səhər Beynəlxalq Telekanalı müxbirinin “ Görəsən Azərbaycan Respublikası prezidenti İlham Əliyev də Doktor Ruhaninin andiçmə mərasiminə dəvət olunubmu?” sualına cavabda deyib: “ Cənab Doktor Ruhaninin andiçmə mərasimi 13 mordad, 4 avqustda İranın İslam Şurası Məclisində keçiriləcək. İranın İslam İnqilabının zəfər çalmasından sonra ilk dəfə olaraq, belə qərara gəlinib ki, xarici ölkələrin rəsmilərindən də İran prezidentinin andiçmə mərasimində iştirak etmək üçün dəvət olunsun. əlbəttə bu məsələ bütün dünya ölkələrində həyata keçirilən işdir. Biz də Amerika, İngiltərə və sionist rejim istisna olmaqla bütün ölkələrə dəvətnamə göndərmişik. Əlbəttə qonşu və region ölkələri habelə İran İslam Respublikası ilə dostcasına və yaxın əlaqələrə malik olan ölkələr daha çox bizim diqqət mərkəzimizdədir. Allaha şükürlər olsun ki, bu dəvətlər müsbət qarşılanıb. Azərbaycan Respublikasına da dəvətnamə göndərilibdir. Ümid edirik ki, bu ölkə də başqa ölkələr kimi yüksək səviyyədə iştirak etsin. əlbəttə bəzi Qərb mediaları da mümkündür ki, mərasimin keçirilməsi günü yanlış məlumatlar versinlər və ümumi fikrin yayındırılmasına səbəb olsunlar”.

Abbas İraqçi həmçinin Azərbaycan Respublikası dövləti tərəfindən Bakıda İmam Xomeyni(r) adına İmdad Komitəsinin İmam Əli(ə) Klinikasının bağlanması haqda da deyib: “ İmam Əli(ə) Klinikası məsələsi haqda deməliyəm ki, bu məsələ tam şəkildə texniki məsələdir və bu klinikanın bağlanmasının Mübarək Ramazan ayı ilə heç bir əlaqəsi yoxdur. Rəsmi Bakı son zamanlar bütün qurumlar üçün bəzi yeni standartlar nəzərdə tutubdur ki, bu klinika da vəzifəlidir ki, bu sanitariya-tibb standartları ilə özünü uyğunlaşdırsın. İranın da bütün məsələləri, o cümlədən sanitariya , tibb işçiləri, təchizat və klinikanın binası haqdakı məsələləri araşdırıb, standartı əldə etmək üçün öz ekspertlərini bu klinikaya göndərməsi qərara alınıb. Hər halda hər bir ölkə özünün xüsusi standartlarını öz qurumları üçün müəyyən etməkdə haqlıdır. İran da keçmişdə olduğu kimi Azərbaycan Respublikası xalqına xidmətlər təqdim etmək üçün tam hazırdır”.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jul 23