Tarix : 2013 Jul 23
Kod 39681

Sionist rejimi xarici diplomatları cəzb etməkdən ötəri gözəl qızların qeyri-əxlaqi ziyafətindən isti

Sionist rejim rəsmilərindən biri bu rejimin xarici diplomatları cəzb etmək üçün cinsi ziyafətin təşkil etməsini ifşa edib
AranNews - Sionist rejim rəsmilərindən biri bu rejimin xarici diplomatları cəzb etmək üçün cinsi ziyafətin təşkil etməsini ifşa edib.

Yeni təsis edilmiş "Hərəkat" partiyasının üzvü və sionist rejiminin Parlamentinin Qadın Alverinə Qarşı Mübarizə Komitəsinin sədri Devid Tesur açıqlayıb ki, bu rejimin xarici işlər nazirliyi İsraildə olan xarici siyasi və diplomatik şəxsiyyətləri tələyə salmaqdan ötəri onları cinsi ziyafətlərə çəkərək, onlardan sui-istifadə edir. O, bu əməli sionist camiəsi üçün böyük rüsvayçılıq adlandırıb.

Qadın Alverinə Qarşı Mübarizə Komitəsinin iclasında Tesur deyib: "Xarici işlər nazirliyi İsrailə səfər etmiş xarici dipomatları öz vaxtlarını keçirmək üçün seks klublarına dəvət edir və onlara qeyri-ənənəvi xidmət təklif edirlər".

Qeyd edək ki, D. Tesur bundan öncə Təl-əvivin polis rəisi olub. Sionist rejimin xarici işlər nazirliyi onun bu qalmaqallı iddiasını təkzib edib və bütün bu açıqlamaları əsasız və yalan adlandırıb.

Qeyd edək ki, bundan öncə də hazırda İsrailin ədliyə naziri və sabiq xarici işlər naziri olan Tsipi Livni keçən il İngiltərənin "Taymz" qəzetinə müsahibəsində İsrail Kəşfiyyatı Təşkilatında (Mossad) çalışdığı zaman bəzi məlumatların alınması üçün özünün ərəb siyasətçiləri və rəsmiləri ilə cinsi əlaqədə olduğunu etiraf etmişdi.

Livni bu haqda deyib: "Mən bəzi ərəb şəxsiyyətlərini bədnam etmək və onlara rüsvaylıq sənədinin yaradılması üçün onlarla cinsi əlaqədə olmuşam, bu vasitə ilə onların lazımlı məlumatlarını əldə etmişəm və onların siyasi imtiyazlarını əllərindən almışam".

Sionist rejimin ədliyyə naziri Fələstin Azadlıq Təşkilatnın üzvü və yüksək səviyyəli diplomatı və İsraillə müzakirə aparan fələstinli heyətin rəisi Saiq Əriqat, həmçinin Fələstin Azadlıq Təşkilatnın İcra Komitəsinin baş katibi Yasir Əbdurrəbə ilə qeyri-əxlaqi cinsi əlaqəsi olduğunu açıqlayaraq, bildirib ki, İsrailin quraşdırılmış kameraları bu cinsi əlaqələri çəkiblər.

Tsipi Livni habelə deyib ki, bunun üçün İsrailin Böyük Xaxamından icazə istənildi və o da bu barədə fətva verdi ki, Zipi (Tsipi Livni) özgələrlə qeyri-qanuni cinsi əlaqədə ola bilər. Bu şərtlə ki, bu əməl İsrailin xeyrinə xidmət etsin.

Bu İsrail rəsmisi öz müsahibəsində vurğulamışdı ki, İsrail üçün faydalı olacağı təqdirdə o, heç bir qətl, ya cinayətdən, yaxud belə qeyri-əxlaqi əlaqədə olmaqdan çəkinmir.
  • Yazılıb
  • da (də) 2013 Jul 23