Tarix : 2013 Jul 24
Kod 39697

İmam Əli(ə) klinikasının yenidən açılması iranlı heyət Bakıya gedir

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İmam Əli(ə) Klinikasının yenidən açılması üçün ekspert heyəti İrandan Bakıya göndəriləcək

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İmam Əli(ə) Klinikasının yenidən açılması üçün ekspert heyəti İrandan Bakıya göndəriləcək.

Abbas İraqçi həmçinin Azərbaycan Respublikası dövləti tərəfindən Bakıda İmam Xomeyni(r) adına İmdad Komitəsinin İmam Əli(ə) Klinikasının bağlanması haqda deyib: “ İmam Əli(ə) Klinikası məsələsi haqda deməliyəm ki, bu məsələ tam şəkildə texniki məsələdir və bu klinikanın bağlanmasının Mübarək Ramazan ayı ilə heç bir əlaqəsi yoxdur. Rəsmi Bakı son zamanlar bütün qurumlar üçün bəzi yeni standartlar nəzərdə tutubdur ki, bu klinika da vəzifəlidir ki, bu sanitariya-tibb standartları ilə özünü uyğunlaşdırsın. İranın da bütün məsələləri, o cümlədən sanitariya , tibb işçiləri, təchizat və klinikanın binası haqdakı məsələləri araşdırıb, standartı əldə etmək üçün öz ekspertlərini bu klinikaya göndərməsi qərara alınıb. Hər halda hər bir ölkə özünün xüsusi standartlarını öz qurumları üçün müəyyən etməkdə haqlıdır. İran da keçmişdə olduğu kimi Azərbaycan Respublikası xalqına xidmətlər təqdim etmək üçün tam hazırdır”.

  • Yazılıb
  • da (də) 2013 Jul 24