Bakı İran İslam Respublikasının yeni prezidenti- D-r Həsən Ruhaninin inaqurasiya mərasimində parlament sədri səviyyəsində iştirak edəcək
Azərbaycan R-nın Tehrandakı səfiri- Cavanşir Axundovun bildirdiyinə görə, Bakı İran İslam Respublikasının yeni prezidenti- D-r Həsən Ruhaninin inaqurasiya mərasimində parlament sədri səviyyəsində iştirak edəcək.
PANA xəbər agentliyinin məlumatına görə, Cavanşir Axundov İranın sərhəd Germi şəhrestanının İslam Şurası Məclisindəki nümayəndəsi- Mir Qismət Musəvi-əsl ilə görüşdə əmin olduğunu bildirib ki, bu səfər parlament əməkdaşlıqları xüsusiyyət təşkil etməklə iki ölkə əlaqələrinin inkişafında nəzərəçarpacaq təsirə malik olacaq.
Görüşdə Mir Qismət Musəvi-əsl də ölkələr arasındakı gediş-gəlişlərin genişlənməsində dostluq qruplarının mühüm rolu və parlament əlaqələrinin önəminə işarə edərək, deyib: Parlament əlaqələrinin gücləndirilməsi və nümayəndələrin parlament dostluğu qrupları formasındakı gediş-gəlişlərinin artması İran və Azərbaycan kimi iki ölkənin çoxlu dini, mədəni və tarixi ortaqlıqlarına görə, tərəfləri maraqlandıran mənafelərin təmini sahəsində nəzərəçarpacaq paya malik olacaq.
Germi əhalisinin İslam Şurası Məclisindəki nümayəndəsi İran ilə Azərbaycan arasındakı ticari-iqtisadi əlaqələrin xüsusən iki ölkənin sərhəd vilayətlərində genişlənməsini inkişafda olan qarşılıqlı əlaqələrin genişlənməsinin sürətlənməsində təsirli bilib.
Cavanşir Axundov da iqtisadi-ticari əlaqələrin genişlənməsini iki ölkənin həmkarlıqları istiqamətində mövcud olan ən mühüm sahələr adlandırıb.
Axundov Azərbaycan R-nın prezidenti- İlham Əliyevin İran İslam Respublikasının yeni prezidentinin inaqurasiya mərasimində iştirakdan çəkinməsinin səbəbini bildirməyibdir.
Son zamanlar sionist rejim hörmətsizliklə İranın yeni prezidentinə qarşı mövqe tutmuşdu.
Ötən il də prezident İlham Əliyev Qoşulmama Hərəkatının Tehran sammitində iştirakdan çəkinmişdi.