Tarix : 2013 Jul 27
Kod 39708

İran ilə Azərbaycan R-ı arasında parlament əməkdaşlıqları üzərində təkid edilib

İran İslam Şurası Məclisinin nümayəndəsi və Azərbaycan R-nın Tehrandakı səlahiyyətli səfiri iki ölkə arasında müxtəlif əməkşalıqlar çərçivəsində parlamentlərarası əməkdaşlıqların üzrəində təkid ediblər

 İran İslam Şurası Məclisinin nümayəndəsi və Azərbaycan R-nın Tehrandakı səlahiyyətli səfiri iki ölkə arasında müxtəlif əməkşalıqlar çərçivəsində parlamentlərarası əməkdaşlıqların üzrəində təkid ediblər.

İran İslam Şurası Məclisinin üzvü Mirqismət Musəvi Əsl ötən gün (çərşənbə 24 iyul) Azərbaycan R-nın Tehrandakı səlahiyyətli səfiri Cavanşir Axundov ilə görüşdə iki ölkə parlamentləri arasında əlaqələrin önəmli olduğu üzərində təkid edərək deyib: İki ölkə arasında əməkdaşlıqların genişləndiriməsi üzrə Parlamentlərarası Dostuluq  Qurupları önəmli rola malikdir.

İranlı deputat İran ilə Azərbaycan R-ı arasında çoxlu tarixi, mədəni və dini ortaqlıqların olduğuna toxunaraq deyib: Sərhədyanı vilayətlər başda olmaqla iki ölkə arasdında ticarət və iqtisadiyyat sahəsində  əməkdaşlıqların aparılması, genişlənməkdə olan ikitərəfli əməkdaşlıqların gedişatının sürətlənməsində önməli amil sayılır.

Musəvi Əsl İran ilə Azərbaycan R-ı arasında əməkdaşlıqların genişlənməsi üzrə fürsətlərə və manelərə toxunaraq, yaradılan fürsətlərin reallaşması qarşısında ehtimal olunan manəelərin ortadan qaldırılması üzərində təkid edib.

Azərbaycan R-nın Tehrandakı səfiri isə bu görüşdə İran ilə ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıqların gneişlənməsini müsbət qarşılayıb.

C.Axundov Azərbaycan R-ı parlament sədrinin İranın seçkilmiş prezidentinin andiçmə mərasimində iştirak edəcəyini vurğulayaraq bildirib ki, bu səfər müxtəlif əməkdaşlıqların, o cümlədən iki ölkə parlamentləri arasında əməkdaşlıqların inkişaf etməsində önəmli rol ifa edəcək.

 

 

  • Yazılıb
  • da (də) 2013 Jul 27