Tarix : 2013 Jul 27
Kod 39712

Azərbaycanla İran arasında məhbusların mübadiləsi həyata keçiriləcək”

İran ədliyyə nazirinin müavini: “Azərbaycanla İran arasında məhbusların mübadiləsi həyata keçiriləcək”

 

İran ədliyyə nazirinin müavini: “Azərbaycanla İran arasında məhbusların mübadiləsi həyata keçiriləcək”

“Bu gün Azərbaycan Respublikası, Türkiyə, Küveyt və Yaponiya həbsxanalarında İran vətəndaşlarının sayı çoxdur. Bu vətəndaşlar həmin ölkələrin qanunlarını pozduqlarına görə azadlıqdan məhrum ediliblər”.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın ədliyyə nazirinin müavini və məhkumların dəyişdirilməsi üzrə işçi qrupunun rəhbəri Seyidəli Riysəlsadəti bildirib.

Onun sözlərinə görə, beynəlxalq hüquq İran hökumətini həmin məhkumlarla bağlı addımlar atmağa imkan verir: “Ancaq bununla belə, İran vətəndaşlarından xarici ölkələrdə ölkəmizin nüfuzuna xələl vuracaq hərəkətlər etməməsini istəyirik”.

S. Riysəlsəadəti deyib ki, İranda qanunları pozduğuna görə azadlıqdan məhrum edilmiş və hazırda həbsxanalarda cəzalarını çəkən Azərbaycan vətəndaşları var: “Eyni zamanda Azərbaycanda da bu ölkənin qanunlarını pozduğuna görə azadlıqdan məhrum edilmiş və hazırda həbsxanalarda cəzalarını çəkən İran vətəndaşları var. Ancaq iki ölkə arasında məhbusların mübadiləsinə dair müqavilə imzalanıb. Həmin razılaşmaya əsasən, həmin məhkumların mübadiləsini həyata keçirəcəklər”.

  • Yazılıb
  • da (də) 2013 Jul 27