Tarix : 2013 Jul 27
Kod 39715

AİP-də Qüds günü ilə bağlı elmi-praktiki konfrans keçirilib

''Dünya və bəşər yaranandan zalım və məzlumlar olub''

Əli Əliyev: "Mən AİP-in çağırışlarına həmişə səs vermişəm, çünki bu gün ən çox siyasi məhbus düzgün yol seçdiyinə, mübarizəyə ara vermədiyinə görə AİP üzvləridir. El məsəlində deyilir ki, ağladanın yanında otur, güldürənin yox".

Keçən gün Beynəlxalq Qüds günü münasibətilə Azərbaycan İslam Partiyasının mərkəzi qərargahında ölkənin bir sıra ictimai-siyasi xadimlərinin, ruhani və ilahiyyatçılarının, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli açaraq, əvvəcə konfrans iştirakçılarını bağışlayan və mehruban Allahın adı ilə salamladı: “Dünya və bəşər yaranandan zalım və məzlumlar olub. Nə zalımlar zülm etməkdən, nə də məzlumlar əzilsələr belə, zülmə-zalıma qarşı mübarizə aparmaqdan əl çəkiblər. Bəlkə də bu gün əks qütblərdə dayananların tarazılığının nisbətən qorunmasında hakimlərin ədaləti yox, zülmə qarşı rahat həyatından, hətta canından keçərək mübarizə aparanların əməlləri dayanır.

Çox təzadlı bir zamana gəlib çatmışıq. Əməlindən asılı olmayaraq indi hər zaman güclülər zülmləri ərşə çatsa belə müdafiə olunurlar. Bu isə nəinki xalqları, həmçinin fərdləri sarsıdır, onların dəyər və davranışına mənfi istiqamət verir.

Həzrət Əli (ə) buyurub: “İnsanların əxlaqı iki halda pozula bilər: birinci, cinayət görüb cəza görməyəndə, ikinci, cəza görüb cinayət görməyəndə. K.Marks da bu fikri əsərlərində təkrar edib. Bu da insanların şüuruna çox pis təsir edir. Belə ki, kimsə cinayət törədir, hamıya bəlli olur, amma cəza almır. Amma kimsə heç bir cinayət törətmədən, sadəcə haqqı deməklə çox ağır cəzaya məruz qalır.

Bunu ayrı-ayrı xalqlara, ölkələrə də aid etmək olar. Belə ki, öz istiqlaliyyətini qorumağa, güclülərə tabe olmamağa, baş əyməməyə çalışan dövlətlər dünyanın güc mərkəzləri tərəfindən saysız-hesabsız sanksiyalara, təxribatlara məruz qalır. Amma on illərlə özgə torpaqlarını işğal etmək faktı təsdiq olunmasına, günahsız insanların məhvinə səbəb olan əməllərinə, qətliama, beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərinə baxmayaraq nə qırılan fələstinlilərə görə İsrail, nə də soyqırıma məruz qalan azərbaycanlılara görə Ermənistan sanksiyalara məruz qalır.

Biz bilirik ki, bəşər məna və mənzərəsinə görə Kərbəla müsibəti kimi müsibət görməyib. Odur ki, qiyamətə qədər Yezidin (Allah lənət etsin) zülmü bəşəriyyət üçün zalımın nüminəsi kimi qalacaq. Çünki burda zülmün qarşısında baş əyməyən İmam Hüseynin (ə) şücaət nümunəsi dayanır. Baxmayaraq ki, bütün xalqlar irqindən, dinindən, milliyətindən asılı olmayaraq bunu anlayır və qəbul edir, amma bu zülmün davamını həyata keçirən İsrail rejimi günahsız insanların müharibəsiz şəraitdə öldürülməsinə görə layiqli cavab almır.

Başqaları ilə işimiz yoxdur. Bu gün Rusiya öz vətəndaşlarına, xüsusən hərbçilərinə İsraildə istirahət etməyi qadağan edir. Ancaq dünyada işğalçı bir rejim kimi tanınmasına, eyni ideologiyalı bir xalqın torpaqlarımızı işğal etməsinə, buna görə də xalqımızın bütün işğalçı rejimlərə nifrətinə baxmayaraq, şəxsi maraqlara görə hətta bəzi nazirlərimiz bizneslərini bu zalım rejimlərin himayəsində qurmaqdan çəkinmirlər.

“Mavi Mərmərə” gəmisində Türkiyə vətəndaşlaının qəddarcasına öldürülməsi, fələstinli körpələrin kimyəvi silahlarla diri-diri yandırılması İsrail əsgəri üçün mükafata layiq əməldir. Yağla dolu qızdırılmış qabda dilsiz quşu diri-diri bişirən İsrail əsgəri, sionist ordusunun vəhşiliyinin pik nöqtəsidir.

Belə əsgəri yetişdirmiş bir rejimdən fələstinli və ya ümumən bəşəriyyət üçün yaxşı nə gözləmək olar?

Ayrı-ayrı müsəlman dövlətlərinin hədəfə alınmasının səbəbi məhz müsəlmanların zəiflədilməsi və parçalanmasıdır. Bu gün çıxış yollarının axtarılıb tapılmasına ehtiyac vardır. Bu müsəlmanların vəhdətidir.”

AİP-ın sədrəvəzi Elçin Manafov mövzunu davam etdirərərək dedi ki, zalıma qarşı durmayanla, ona dəstək verən arasında fərq yoxdur. «Zülmə susmaq zalımla razılaşmaq deməkdir. Yəhudilər bütün insanları özlərinə xidmətçi bilir və bunu təcrübədə də həyata keçirməyə çalışırlar. Sionizmin zülmünə etiraz etmək insanlığın qurtuluşu naminə olmalıdır. Bu zərurət də hər bir sülhsevər, ədalətsevər insanların vəzifəsi olmalıdır”,- deyə hacı Elçin bildirdi.

ADP sədri Sərdar Cəlaloğlu dünyada İslama münasibət məsələsinə toxunaraq bunları dedi: “Mən seyidəm. Tayfamızın böyük bir hissəsi Sovet dövründə repressiyaya uğrayıb.

İnsan və azadlıqlar İslamdadır. Qərbin kəşfləri də məhz İslamdan götürülüb. Qlobalizasiya məhz İslamdadır, sadəcə əks qütb bundan İslamın və müsəlmanın geriliyinə nail olmağa xidmət edir. Dünyada BMT-nin yaranması məhz müsəlman dövlətlərinin münaqişəyə cəlb olunmasına xidmət edir. İslam qloballaşır, buna görə də ona qarşı müqavimət də artır. Qüdsün azad olması çətin deyil. Neftin ixracının qarşısının bir an alınması problemlərin həlli deməkdir. Amma yeni-yeni problemlərin yaradılması bu problemin həllini uzadır. Azərbaycanda seçilən dəyərlər xaricdən gələn maraqları əldə etmək üçün parçalanma baş verir.»

Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev siyasi partiyaların Fələstin problemini müzakirə etmədiyini irad tutdu : « Bəşəriyyəti yeni dünya düzəni, ərzaq və təbii resursların bərabər paylanmaması məsələsi və s. narahat edir.

Birlik çox vacibdir. Qüdsü düşünənlərin ətrafında birləşmək lazımdır. Qüds uğrunda yumruqdan açılan barmaq kəsilməlidir. Bu birliyə bütün maneələr dəff edilməlidir. Ölkəmizin təhsil siyasəti sionizm ideologiyasına əsaslanır. Bundan əlavə, hicab qadağası məqsədlidir və vəhdətin perspektivinə maneədir.

Qüdsün azad olunması haqsızlığa qarşı mübarizənin önündə dayanmalıdır . Bu gün təbliğat maşınına malik jurnalistə ev verilir, alimə, ehtiyac içərisində boğulanlara yox. Qüds naminə mübarizədə icazəli aksiyalar, dəyirmi masalar keçirməlidir.

VİP sədri Əli Əliyev isə millətçi-ənənçi partiya olaraq Qarabağ problemini daha aktual şəkildə gündəmdə saxladqlarını dedi: « Lakin dünyadakı prosesləri izlədikdə Azərbaycan coğrafi mənada körpüdür, Qüds, Dağlıq Qarabağ, Kəşmir problemi ilə eynidir. Belə problem vaxtında gündəmə gətirilsə faydalı olacaq.

Mən AİP-in çağırışlarına həmişə səs vermişəm, çünki bu gün ən çox siyasi məhbus düzgün yol seçdiyinə, mübarizəyə ara vermədiyinə görə AİP üzvləridir. El məsəlində deyilir ki, ağladanın yanında otur, güldürənin yox.

«Qarabağ uğrunda İslami müqavimət» hərəkatının sədri Rövşən Əhmədli Qüds problemini Dağlıq Qarabağla eyniləşdirdi : « Qüdslərin sayı günbəgün artır. Bəs niyə müsəlmanlar vahid birliyə nail ola bilmir? Cinayətkar bir dövlətin yaradılmasında dünyanın güc mərkəzləri dayanır. Görün ölkəmiz nə gündədir ki, Xocalı faciəsini yaşamış, amma burada cihad elan etməyən insanlar, Suriyada cihad elan edir, cinayətlər törədirlər. Qüdsdəki zülmə qarşı mübarizə məktəbinin əsasını İmam Hüseyn (ə) qoyub.

Jurnalist Cavid Cabbarlı Qüdsün işğalını bəşəriyyətin problemi kimi qiymətləndirdi. «Çünki bu torpaqlarda çox nahaq qanlar axıdılıb. Körpələr şikəst qalıb, təhsil almayıb, ailələr məhv olub, insanlığa ağır zərbələr vurulub. Araşdırmalar aparılmalı, zərərli cəhətlər, ümumiyyətlə işğalın insanlara, bəşəriyyətin dəyər və iradəsinə vurulan zərbələr üzə çıxarılmalıdır», - deyə o, yekunlaşdırıb.(Islaminsesi)

  • Yazılıb
  • da (də) 2013 Jul 27