Tarix : 2013 Jul 29
Kod 39726

Beynəlxalq Qüds Günü ilə bağlı elmi-praktiki konfrans keçirildi

Bu gün Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə “Beynəlxalq Qüds Günü”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Bu gün Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə “Beynəlxalq Qüds Günü”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

 Faktxeber saytının məlumatına görə, Tədbirdə partiya üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdəçıxış edən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, Hazırda işğal altında olan kifayət qədər müsəlman torpaqları var. Bunlar Qarabağ, İraq və müqəddəs Qüds torpaqlarıdır. Çox təəssüf ki, işğal faktorları tam şəkildə sübuta yetirilməsinə baxmayaraq nə İsrail rejimi, nə də ki, Ermənistan öz cinayətlərindən əl çəkmirlər.

 Sonra çıxış edən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, İslama qarşı digər dinlər tərəfdən həyata keçirilən dirənişlərin başlıca səbəbi islam dinin qloballaşması və getdikcə bütün dünyanı fəth etməsi ilə bağlıdır. Əslində bu dirəniş müsəlmanlar üçün fəxarətdir.“

Tədbirdə çıxış edən AİP-in sədr əvəzi Elçin Manafov bildirdi ki, zülm edən, zalıma dəstək verən və bu zülmə razı olan şəxslərin hər üçünün əməlləri eynidir: “Qüds gününü qeyd etməklə biz zalımların yanında olmadığımızı söyləmək istəyirik. Azərbaycan xalqı  zülmə məruz qalmış xalqdır və fələstinlilərlə bağlı baş verənləri daha gözəl anlayır.

Sonra çıxış edən VİP sədri Əli Əliyev qeyd etdi ki,  AİP Qüds məsələsini gündəmdə saxlamaqla eyni halda Qarabağ məsələsinin də ictimailəşməsinə və gündəmə gəlməsinə xidmət etmiş olur”, - deyə bildirdi.

 Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə çıxışı zamanı bildirdi ki, Qüds problemi təkcə torpaq və ərazi məsələsi deyil, əslində zülmə etirazımızı bildiririk.

 Rövşən Əhmədli deyib: Nə sionist İsrail rejimi, nə də ki, işğalçı Ermənistanla bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən çıxarılan qərarlara və qətnamələrə əməl edilir. Eyni halda beynəlxalq aləm bununla bağlı susqunluğunu davam etdirir.”


  • Yazılıb
  • da (də) 2013 Jul 29