Tarix : 2013 Aug 01
Kod 39738

Qüds Günü dünyanın 80 ölkəsində Qüdsi-Şərfin xilasını fəryad etmə günü

Dünya Azadlıqsevərlərinin rəhbəri İmam Xomeyni(r) tərəfindən Ümumdünya Qüds Günü adlandırılan Mübarək Ramazan Ayının sonuncu günü mərasimləri dünyanın 80 ölkəsində keçiriləcəkdir

Dünya Azadlıqsevərlərinin rəhbəri İmam Xomeyni(r) tərəfindən Ümumdünya Qüds Günü adlandırılan Mübarək Ramazan Ayının sonuncu günü mərasimləri dünyanın 80 ölkəsində keçiriləcəkdir.

 Sabah o azadlıqsevər xalqın fəryadıdır ki, Fələstin xalqı ilə çiyin-çiyinə zülmün sona çatmasını fəryad edəcəklər və hegemonçuluq və imperializmin simvolu və törəməsinin başına “ölüm olsun” fəryadını səsləndirəcəklər.

 Bəzi müsəlman ölkələrin qəsbkar İsrail rejimi ilə təslimçi sazişə üzrə davranışlar sərgiləmələrinə rəğmən xalq komitələri bəyanatlar yayaraq, bildiriblər ki, dünya azadlıqsevərləri, Dünya Müsəlmanlarının birinci qibləsi və ikinci hərəmi olan Qüdsi-Şərifin xilası və kafirlər və müşriklərin əllərinin  bu hərəmi-şərifdən kəsilməsi üçün heç bir səydən əsirgəməyəcəklər.

 Sabah başqa dinlərə tabe olan şəxslər də, xüsusilə sionizmi tənqid edən yəhudilər də müsəlmanlarla çiyin-çiyinə Ümumdünya Qüds Günü yürüşündə iştirak edəcəklər.

Fələstini sevənlər və Qarabağın ermənilərin işğalından azad edilməsi tərəfdarı olanlar da Azərbaycan Respublikasında yürüşlər keçirəcəklər. Qüdsü İşğal Etmiş Rejimin Bakıdakı səfirliyinin hər il Qüds Günündə kəskin təhlükəsizlik tədbirləri ilə qorunduğu bir halda , sionist rejimin Bakıdakı səfirliyi önündə “İşğalçılar rəss olsun!” fəryadı yüksək səslə səslənəcəkdir.

Dünyanın 80 ölkəsində Ümumdünya Qüds Günü mərasimləri  ilə eyni zamanda İran paytaxtı Tehranda və bu ölkənin başqa 770 şəhərində də Ümumdünya Qüds Günü mərasimləri xüsusi əzəmətlə keçiriləcəkdir.

 Bu mərasimləri yerli və xarici 2900 müxbir, jurnalist, fotoqraf və kinooperator dünyanın medialarında işıqlandıracaqlar.

 Səhər Beynəlxalq Telekanalının müxbirləri və jurnalistləri də Ümumdünya Qüds Gününün əzəmətli mərasimlərindən eksklusiv reportajlar hazırlayacaqlar.

İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r) 1358-ci hicri şəmsi ilində Mübarək Ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds Günü adlandırmasından sonra Müqəddəs Qum şəhəri əhalisi toplusundakı çıxışı zamanı belə buyurdular: “Mən uzun illər boyu müsəlmanlara qəsbkar İsrail rejiminin təhlükəsi haqda xəbərdarlıq etmişəm. Mən bütün dünya müsəlmanları və İslam dövlətlərindən istəyirəm ki, bu qəsbkarlar və onlara arxaduranların əllərini kəsmək üçün birləşsinlər. Mən bütün dünya müsəlmanlarını dəvət edirəm ki, Qədr günlərindən olan və Fələstin xalqının taleyini təyin edən bilən mübarək Ramazan ayının sonuncu cüməsini “Qüds Günü” kimi seçsinlər və bu gündə mərasimlər təşkil edərək, Fələstinin müsəlman xalqının qanuni hüquqlarını himayədə müsəlmanların beynəlxalq həmrəyliyini elan etsinlər. Allah-Taaladan müsəlmanların küfr əhlinə qələbə çalmasını istəyirəm.”

  • Yazılıb
  • da (də) 2013 Aug 01