Tarix : 2013 Aug 01
Kod 39741

İranın XİN-ı Ümumdünya Qüds günü münasibəti ilə bəyanat yayıb

Mübarək Ramazan ayının sonuncu cüməsi və Ümumdünya Qüds günü bir halda gəlib çatır ki Qüdsi-şərifin və Fələstin məsələsi islam dünyasının ən önəmli məsələsi olaraq qalır

İran İslam Respublikası Xarici İşlər Nazirliyi, İslam Respublikası Banisinin dəyərli yadigarı olan Ümumdünya Qüds gününün gəlib çatması münasibəti ilə bütün müsəlmanları və azadlıq sevər xalqları təbrik edib.

 İranın XİN-nin media diplomatiyası üzrə baş idarəsinin verdiyi məlumata əsasən, bəyanatda deyilir: Mübarək Ramazan ayının sonuncu cüməsi və Ümumdünya Qüds günü bir halda gəlib çatır ki Qüdsi-şərifin və Fələstin məsələsi islam dünyasının ən önəmli məsələsi olaraq qalır və hələ də islam ümmətinin Qüdsü işağl edən Sionist rejim qarşısında birlik simvolu və  ağırlıq nöqtəsidir.

Bəyanatda deyilir: Yaxın Şərqdə Fələstin Müqaviməti və İslam Oyanışının açıq müraciəti budur ki, Fələstin xalqı və Müqavimət rəhbərlərinin birliyi və həmrəyli və işağlçılar qarşısında onların müqaviməti ümmətin yeganə qurtuluş yolu sayılır və bu isə İslam dünyası və bütün azadlıqsevər xalqların üzərinə düşnən öhdəliklərdən sayılır ki Qüdsü işğal etmiş rejim və terrorizm qarşısında, Fələstin müqavimətini keçmişdən daha artıq himayə etsinlər.

İranın xarici işlər naziriliyi həmçinin İran və dünyanın müsəlman və azadlıqsevər xalqlarından istəyib ki, bütün dünyada keçiriləcək Ümumdünya Qüds günü yürüşlərində fəal şəkildə iştirak edərək, bir daha Qüdsü işğal edən Sionist rejimə qarşı öz nifrətlərini göstərək, bu rejimin Qüdsi-şərifi və Məscid-ül-Əqsanı yəhdiləşdirməsi siyasətini ifşa etsinlər.

 


  • Yazılıb
  • da (də) 2013 Aug 01