Tarix : 2013 Aug 03
Kod 39746

Ermənilər dörd rayonda atəşkəsi pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.

Arannews.com-ın müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 1994-cü il may ayının 8-də Bişkekdə imzalanan atəşkəs haqqında protokol, mayın 12-də qüvvəyə minib və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Atəşkəs müqaviləsinin imzalanmasına baxmayaraq, erməni silahlı qüvvələri hələ də razılaşmaya əməl etmir. Həmin tarixdən bu günə qədər cəbhə boyu minə qədər monitorinq aparılsa da, hər gün qarşı tərəfin silahlı qüvvələrinin atəşkəsi pozması barədə xəbərlər alırıq .

  • Yazılıb
  • da (də) 2013 Aug 03