Tarix : 2013 Aug 03
Kod 39764

Tale Bağırov "Qüds Günü" ilə bağlı bəyanat yaydı

Tanınmış ilahiyyatçı Hacı Tale Bağırov Ümumdünya Qüds günü münasibəti ilə bəyanat yayıb

Tanınmış ilahiyyatçı Hacı Tale Bağırov Ümumdünya Qüds günü münasibəti ilə  bəyanat yayıb. Bu barədə ilahiyyatçının yaxınları tərəfindən məlumat verildiyi bildirilir .

 

 Bəyanat mətni Azadxeber portalında dərc olunduğu kimi təqdim olunur :

 

Hər günümüz Qüds günü olmalıdır !

Bu gün Beynəlxalq Qüds günüdür. Qüds günü müsəlmanların vəhdəti və fikir ayrılıqlarının kənara qoyularaq haqsızlığa qarşı mübarizəsi günüdür. Məhz buna görə də, müsəlmanların hər günü Qüds günü olmalıdır !

Beynəlxalq Qüds günü ümumilikdə işğalçılığa, o cümlədən daxili və xarici mənfur siyasətə, imperializmə və bütün diktatura rejimlərinə qarşı olan mübarizə simvoludur .

Çox təəssüflər olsun ki, işğalçı İsrail rejimi beynəlxaq aləmin gözü qarşısında, heç bir etirazlara, o cümlədən BMT-nin çoxsaylı qətnamələrinə məhəl qoymadan Fələstin torpaqlarında işğalçılıq siyasətini davam etdirir .

Azərbaycan xalqı  da 20 ildən artıqdır ki, eyni aqibətlə üzləşib. Bu baxımdan, iki xalqın oxşar taleyi ilə bağlı çoxlu paralellər aparmaq olar .

Bu gün Azərbaycandakı rejim öz xalqına qarşı faktiki olaraq günü-gündən artan terror siyasəti həyata keçirməklə, azad fikirli insanları zindanlara salmaqla bizim böyük dərdimiz olan Qarabağı və işğal olunmuş torpaqlarımızı unutdurmağa çalışır. Halbuki, bunları unutdurmaq mümkün deyil .

Qüds günü, torpaqları işğal altında olan və diktatura rejimləri altında əzilən xalqları öz azadlıqlarına qovuşmaq üçün mübarizəyə səsləyən gündür .

Bu gün Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistanın rəhbərliyində əlləri Qarabağda şəhid olmuş əzizlərimizin qanına bulaşmış cinayətkarlar əyləşib. Bu quldurlara səslənərək demək istəyirəm ki, etdiyiniz cinayətlərə görə  mütləq sizdən qisas alacağıq. Nümunə olaraq,  onlarla erməni canisini məhv etmiş əzizimiz, şəhid Mübarizi misal çəkmək kifayətdir. Əmin olun ki, sizdən qisası Mübariz ruhiyyəsində olan igidlərimiz alacaq .

Sonda bu mübarək Ramazan ayında Misirdə, İraqda, Bəhreyndə, Pakistanda, Əfqanıstanda, Suriyada və digər müsəlman ölkələrində din qardaşlarımızın üzləşdiyi çətinliklərdən üzü ağ çıxmasını, tezliklə əmin-amanlığın bərqərar olması üçün dua etməyinizi istəyirəm.

 

 


  • Yazılıb
  • da (də) 2013 Aug 03