Tarix : 2013 Aug 04
Kod 39770

Demokratiya İranda qurulubdur

O, deyib: Seçkilər zamanı “bəli” demiş bütün kəslərə səmimi qəlbdən təşəkkür və ümid edirəm ki, onların etimadlarını doğrulda biləm

Iran Islam Respublikas prezidenti deyib: Bədxahların nöqteyi-nəzərincə, sanksiya və təcrid nəticəsində daxili qarşıdurmada çökməli və dövlət ilə xalq arasında böyük ayrılığın yaranmalı olduğu İran, xalqın müxtəlif təbəqələrinin geniş iştirakı və şövqlə dolu seçkilərlə misli az görünmüş qəhrəmanlığın yaradıcısı oldu .

Ölkə prezidenti- Höccət-ül-islam-vəl-müslimin Həsən Ruhani ölkə və ordunun yüksək vəzifə və rütbəli rəsmilərinin iştirakı ilə İmam Xomeyni(rə) adına  hüseyniyyədə Böyük İnqilab Rəhbərinin hüzurunda keçirilən prezidentlik hökmünün tətbiq olunması mərasimindəki çıxışında deyib: Bədxahların nöqteyi-nəzərincə, sanksiya və təcrid nəticəsində daxili qarşıdurmada çökməli və dövlət ilə xalq arasında böyük ayrılığın yaranmalı olduğu İran, xalqın müxtəlif təbəqələrinin geniş iştirakı və şövqlə dolu seçkilərlə misli az görünmüş qəhrəmanlığın yaradıcısı oldu .

Ölkə prezidenti söyləyib: Bu seçkilər İran xalqının başıucalığının nişanəsi idi və belə bir reallığı vurğuladı ki, demokratiya İranda qurulub və daimidir və İslam İnqilabı lazımi stabilliyə, yetkinliyə və püxtəliyə malikdir .

Ruhani çıxışının davamında deyib: Dövlət hər şeydən öncə xalqın məişət məsələlərinin həlli və ictimai zərərlərin aradan qaldırılmasının ardınca olacaq və onunla paralel surətdə beynəlxalq əlaqələr sahəsində milli maraqların təmini əsasında İranın yerinin yüksəldilməsi və hazırkı zalımcasına sanksiyaların aradan götürülməsi istiqamətində ciddi addımlar atacaqdır .

Ruhani belə qeyd edib: Lazım bilirəm ki, ötən dövlətlər, xüsusən onuncu dövlət və sabiq möhtərəm prezidentin xidmətlərinə görə təşəkkür edəm və onların hamısı üçün böyük uğur diləyəm .

O, deyib: Seçkilər zamanı “bəli” demiş bütün kəslərə səmimi qəlbdən təşəkkür və ümid edirəm ki, onların etimadlarını doğrulda biləm.


  • Yazılıb
  • da (də) 2013 Aug 04