Tarix : 2013 Aug 05
Kod 39773

Laricani: “İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın dövlət sərhədlərinin qorunması prinsipi əs

Görüş daha sonra təkbətək şəraitdə davam edib

Arannews - İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İran İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb .

O. Əsədov qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin inkişafında mühüm rol oynayan parlametlərarası əlaqələrin yüksəlişinin qorunması üçün geniş imkanlar mövcuddur .

O. Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində İranın imkanlarını diqqətə çatdırıb .

Öz növbəsində, İran parlamentinin sədri bildirib ki, iki ölkə arasında tarixi tellərlə bağlı olan əlaqələr bundan sonra da sıx şəkildə qorunacaq .

Qeyd edilib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və münaqişənin Azərbaycanın dövlət sərhədlərinin qorunması prinsipi əsasında həllinə tərəfdardır .

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ətraflı müzakirə edilib. Gömrük-keçid məntəqələrinin fəaliyyəti, eləcə də, iki ölkə arasında olan digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb .

Görüş daha sonra təkbətək şəraitdə davam edib . (haqyolu)

  • Yazılıb
  • da (də) 2013 Aug 05