Tarix : 2013 Aug 07
Kod 39790

Azərbaycan dövləti Qüds günündə xalq hərəkatının mesajını anladımı?

Qüds Günü bir daha Azərbaycanda hakimiyyətlə xalq arasında mövcud ayrılığı və islamçıların güclənməsini göstərdi

AranNews - Azərbaycan Respublikası, əsasən də şiə aləminin ikinci böyük şəhəri sayılan Bakı sakinlərinin Beynəlxalq Qüds Günündə xüsusi əhval-ruhiyyələri var idi. Bir tərəfdən bəlkə də çoxları oruc olan polis qüvvələri yüksək rütbəli məmurların əmri ilə sionistlər əleyhinə aksiyanın keçirilməsinin qarşısını almağa çalışır, digər tərəfdən isə islamçılar Qüds Gününü keçirməyə cəhd edirdilər. Onlar hətta, həbs oluna və sonra narkotik maddələr saxlamaq, ya satışı ilə ittiham edilə biləcəklərini də göz altına almışdılar. Çünki artıq bu taleyi 170 azərbaycanlı islamçı təcrübə etmişdir.

Etibarlı qaynaqların verdiyi məlumata görə sionistlərin sifarişi ilə yaranmış bu qarşıdurmada islamçılar qalib gəldilər və hakimiyyətin istəyinin əksinə olaraq, Beynəlxalq Qüds Gününü keçirməyə nail oldular.

Bakı şəhəri Ramazan ayının son cümə günündə Qüds Günü ilə bağlı bir neçə toplantının şahidi oldu. Bakı sakinləri günün ilk saatlarında sionist rejimin səfirliyinin ətrafında yaradılmış güclü təhlükəsizlik tədbirlərinin qatından keçərək sionistlərin səfirliyinin qarşısında “İsrailə ölüm” şüarları səsləndirdilər. Yüzlərlə gənc isə Şəhidlər Xiyabanında Qarabağ şəhidlərinin məzarının yanında toplaşaraq, Qarabağa və Fələstinə azadlıq şüarları səsləndirdilər. Nardaran əhalisi sionist rejimi əleyhinə aksiyadan sonra bu rejimin bayrağını yandırdılar. Bu üç aksiya ilə eyni zamanda Azərbaycanın ictimai və dini fəallarının iştirakı ilə bir neçə Qüds Günü ilə bağlı bir neçə elmi-mədəni konfrans və seminar keçirildi.

Əlbəttə xalqın öz içindən qaynayan bu hərəkatları təkcə Bakıda deyil, ölkənin Neftçala, Lənkəran, Sumqayıt, Gəncə və s. kimi şəhərlərində də müxtəlif formalarda keçirildi. Lakin həmişəki kimi təhlükəsizlik qüvvələrinin qaba hərəkəti ilə qarşılaşdı.

Sözsüz ki, Qüds Günündə Azərbaycan xalqının içdən qaynaqlanan bu hərəkətləri ölkə hakimiyyətinin istəyinin əksinə oldu və bunun müxtəlif mesajları vardı. Onlara ixtisarla belə işarə etmək olar:

- 20 faiz torpaqları ermənilərin işğalında olan Azərbaycan xalqı işğaldan yaranmış dərdi hamıdan yaxşı başa düşür. Ona görə də Qüds Gününü qeyd etməklə həm məzlum Fələstin xalqının halına acıdıqlarını göstərdilər, həm də Qarabağın hələ də işğal altında qalmasına və 1 milyondan yuxarı müharibə köçkününün hələ də öz yurd-yuvalarına qayıda bilməmələrinə etiraz etdilər. Həqiqətdə bu xalq hərəkatlarının ismarıcı onların Qarabağın işğalda qalmasına görə artıq səbir kasalarının daşmasını çatdırmaqdır.

- Qüds Günündəki xalq hərəkatlarını onların İslam dünyasına yaxınlaşmaq istəmələri kimi qəbul etmək olar. Çünki Azərbaycan dövlətinin siyasəti İslam dünyasından uzaqlaşmaqdır.

- Bu hərəkat Azərbaycanın sionistlərlə yaxın münasibətlərinə etiraz idi. Əlbəttə, Azərbaycan xalqı bundan öncə də müxtəlif formalarda İlham Əliyev dövlətinin sionistlərlə yaxın münasibətinə öz nifrətini ifadə etmiş və dövlətdən Təl-əvivlə münasibətləri dəyişməsini istəmişdir.

- Qüds Gününün hərəkatları Azərbaycan xalqının İmam Xomeyniyə (r) İran İslam Respublikasının yaradıcısı və Qüds Gününün təməlini qoyan bir şəxsiyyət kimi sevgilərini aşkarladı. Halbuki, bu müddət ərzində Azərbaycan dövləti xalqı İrandan uzaq saxlamğa çalışıb.

Qüds Günü bir daha Azərbaycanda hakimiyyətlə xalq arasında mövcud ayrılığı və islamçıların güclənməsini göstərdi. Aydındır ki, dövlət bu xalq hərəkatlarının ismarıcınından qəflətdə olsa, bu ayrılıq daha da artacaqdır.

 

  • Yazılıb
  • da (də) 2013 Aug 07