Tarix : 2013 Aug 07
Kod 39792

Azərbaycanın müdafiə nazirinin ABŞ-a səfərinə ötəri baxış

ABŞ Azərbaycanda seçkilər ərəfəsi mümkün qarışıqlıqlarda ordu və hərbinin rolu barədə bir sıra məsələləri Səfər Əbiyevə xatırlatmaq istəyir

AranNews - Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ABŞ-a son səfərindən 10 ildən çox ötür. Müdafiə naziri ölkəsində təyinedici prezident seçkiləri ərəfəsində ABŞ-ın dəvəti ilə yenə də Vaşinqtona səfər etmişdir. Ölkənin Ermənistanla sərhədlərində gərgin durum yaşandığına diqqət etməklə bu səfərin əhəmiyyəti daha çoxdur. Lakin qeyd edək ki, Əbiyevi ölkələrinə dəvət edən dövlət rəsmiləri bu dəvətdə öz məqsədləri barədə heç nə ifadə etməyiblər. Deyilənlərə əsasən, ABŞ Azərbaycanda seçkilər ərəfəsi mümkün qarışıqlıqlarda ordu və hərbinin rolu barədə bir sıra məsələləri Səfər Əbiyevə xatırlatmaq istəyir.

Azərbaycan Müdafiə Nazirliyinin ümumi əlaqələndirici bölməsinin verdiyi məlumatına əsasən, 2 avqustdan başlamış bu görüşdə S. Əbiyev bir sıra yüksək hərbi və qeyri-hərbi rəsmilərlə görüşəcək.

İndiyə kimi heç bir ABŞ, yaxud Azərbaycan rəsmisi bu ikitərəfli görüşün hədəfləri barədə bir məlumat verməmişdir. Bununla belə ABŞ hərbi müxbirlər mərkəzindən sızan məlumatda S. Əbiyevin ABŞ müdafiə naziri Çak Heygel ilə görüşündən xəbər verilir.

Pentaqonda müzakirə edilməsi gözlənilən bəzi mövzular bunlardan ibarətdir:

- Azərbaycanla ABŞ, əsasən də ABŞ-ın Avropada yerləşən hərbi hissələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi;

- ABŞ tərəfinin son vaxtlar Azərbaycanın Rusiya ilə hərbi əməkdaşlığından narahat olmasını bildirməsi;

- Xəzərdə icrasına başlanılmış enerji layihəsinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan və ABŞ arasında əməkdaşlığın artırılmasının lüzumu;

- Qarabağ konfilikti və bunun həllidəki prespektivlər

- Beynəlxalq hərbi və təhlükəsizlik qüvvələrinin Əfqanıstanı tərk edərkən Azərbaycanın köməyi, qüvvə və təchizatın köçürülməsi üçün bu ölkə torpaqlarından istifadə edilməsində həmkarlıq;

- Seçkilər ərəfəsi Azərbaycandakı durum və lazım gəldikdə hər hansı bir hərəkəti etməzdən öncə onun ABŞ-la məşvərət edilməsi.

Qeyd edək ki, son illər Qarabağ konfiliktinin həll edilməsi məqsədilə Azərbaycanın Natoya köməkləri nəticəsiz qaldığı və digər məsələlərin öz həllini tapmadığından Azərbaycan-ABŞ hərbi əməkdaşlığı faktiki olaraq dayanmışdır. Ona görə də bu səfər əməkdaşlığı yenidən dirçəldə və genişləndirə bilər. Lakin bu əməkdaşlıq Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərəcək.

Seçkilər mövzusunda gözlənilən müzakirələrdən biri də Azərbaycan ordusunun siyasi mövqeyidir. Çünki hər bir seçkidən, əsasən də prezident seçkisindən qabaq Səfər Əbiyev tərəfindən hərbiçilərin hakim partiyanın ­­–Yeni Azərbaycan– namizədinin dəstəklədikləri bildirilir. ABŞ da hər dəfə bu mövzunu tənqid etmişdir.

Belə çıxır ki, ABŞ da Rusiya kimi İ. Əliyevin prezidentlik kürsüsündə oturmasının davamı üçün Azərbaycandan öz payını istəyir. Hazırda Rusiya Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından Azərbaycan vətəndaşlığına dəyişilməsini gecikdirməklə Azərbaycanın seçki siyasətinə təsir edə bilməsini bütün siyasi qanadlara göstərir.

ABŞ rəsmiləri Azərbaycan ordusunun seçkilərdə bitərəf olacaqlarına ümid etdiklərini demişdilər.

Aydın olan məsələ budur ki, Azərbayacanda qaçılası olmayan dəyişikliklər baş verəcəkdir. Bütün siyasi qanadların öz ümidvar olmalarını demələrinə baxmayaraq bu mövzu qarşıdurma və zorakılıq olmadan ötməyəcək.

Yazar: Əli Qolbazi

  • Yazılıb
  • da (də) 2013 Aug 07