Tarix : 2013 Aug 08
Kod 39820

"Fitr" bayramı 9 avqust üçün elan edildi

Saytımızın izləyicilərinin diqqətini nəzərə alaraq bunula bağlı xəbəri diqqətinizə çatdırırıq

Arannews - ın verdiyi xəbərə görə, mərcəiyyətin əksəri 8 avqustu 30 Ramazan elan edib.

"Fars" xəbər agentliyi bildirir ki, 8 avqust 30 Ramazan kimi İranda elan edilib, 9 avqust isə Şəvval ayının 1-i olacaq.

ABNA-nın xəbərinə görə,   İraqda da Ayətullah Sistani 8 avqustu 30 Ramazan elan edib.

Qeyd edək ki, İranın Ali Dini Lideri Ayətullah Xameneinin yeni ayın başlanmasını təyin etmə Qərargahının üzvü höccətülislam Əlirza Müvəhhidnejad mütəxəssis rəyinə əsasən cümə günü Şəvval ayının biri və Fitr bayramı gününün olmasını bildirib. Onun sözlərinə görə, 8 avqustda hilalın görünməsi az ehtimal edilməyinə baxmayaraq mütəxəssislər öz vəzifələrində olublar, 150 mütəxəssis izləyici hilalın görünməsini izləsədə yeni ay görünməyib.( İslamazeri)

  • Yazılıb
  • da (də) 2013 Aug 08