Tarix : 2013 Aug 08
Kod 39826

Traktorsazi komandasının rəqibin evində şirin qələbəsi

Zob Ahən komandası ilə ev sahibinin Folad idman salonunda Traktorsazi 4 qolla öz güclü rəqibini yolunun üstündən götürə bildi.

AranNews - Zob Ahən komandası ilə ev sahibinin Folad idman salonunda Traktorsazi 4 qolla öz güclü rəqibini yolunun üstündən götürə bildi. Saat 22:00-da İsfahanın Folad stadionunda baş tutmuş bu görüşdə Traktorsazi 4-2 hesabı ilə öz rəqibinə qalib gəldi. Traktorsazi komandasından birici qol 19-cu dəqiqədə Möhsin Rəbixah tərəfindən vuruldu. Meydan və topu ələ alan komanda 31-ci dəqiqədə Məhəmməd İbrahiminin qolu ilə fərqi artırdı və 2:0 nəticəsi ilə fasiləyə çıxdı.

Oyunun ikinci yarısında da üstünlük Traktorsazidə idi. Oyunun gedişinin əksinə olaraq Zob Ahənin oyuncusu Sipehr Heydəri bir qolla fərqi azaltdı. Bundan sonra Zob Ahən oyunun nəbzini əlində saxladı və 8 dəqiqə ötməmişdi ki, ikinci topu vuraraq hesabı bərabərləşdirdi. Bu qolu 71-ci dəqiqədə Mehdi Rəcəbzadə vasitəsilə öz nəticəsini verdi.

Bundan sonra Traktorsazi gözəl oyunu ilə bir neçə rəqibin qapısının başı üstə bir neçə təhlükəli səhnələr yaşatsa da diqqətsizlik üzündən bir-birinin ardınca əldən çıxdı. Hamının oyunun sonu üçün çalınan fiti gözlədiyi bir zamanda Əli Kərimi artıq verilmiş vaxtın ikinci dəqiqəsində yeni bir qol ilə Traktorsazini sevincə qərq etdi. Bunun ardınca bir dəqiqədən sonra Traktorsazinin oyuncusu Kərim Ənsari 4-cü topu rəqibin qapısından keçirdi. Bununla da Cəlalinin şagirdləri qalib ləqəbini aldılar.

Bu görüşdə Traktorsazini Məhəmməd Lək, Məhəmməd İranpuriyan, Həbib Gərdani, Mürtəza Əsədi, Məhəmməd Nüsrəti, Mehdi Kiyani, Əli Kərimi, Fərşad Əhmədzadə (Marko Basala), Möhsin Rəbixah, Məhəmməd İbrahimi (Cavad Kazimiyan), Kərim Ənsari Fərd təmsil edirdilər.

Oyunun əvvəlində Trakrorsazinin oyunçuları Mehdi Kərimiyanın şəkli nəqş edilmiş köynəklə meydana daxil oldular. Şəklin altında yazılmışdı: Kərimiyan, qayıtmağını gözləyirik.

Oyun qurtardıqdan sonra Kərimiyan klubun müdirinə zəng edərək öz yoldaşlarına təşəkür etdi. Klubun müdiri Zeynizadə oyundan sonra oyunun mükafatı barədə xəbər verərək dedi: “İnşallah, Sipahanla oyunda qələbədən sonra əli dolu Təbrizə qayıdırıq”.

  • Yazılıb
  • da (də) 2013 Aug 08