Tarix : 2013 Aug 12
Kod 39834

İran üçüncü dəfə Asiya basketbolunun zirvəsini fəth etdi

İran İslam Respublikasının basketbol üzrə yığma komandası Filippin yığmasını məğlub edərək, basketbol üzrə 27-ci Asiya Çempionatının qalibi olub

İran İslam Respublikasının basketbol üzrə yığma komandası Filippin yığmasını məğlub edərək, basketbol üzrə 27-ci Asiya Çempionatının qalibi olub.

İranın basketbol komandası bazar günü Manilada Filippin yığması ilə qarşılaşıb. Oyunu 85-71 hesabı ilə öz xeyrinə başa vuran İran yığması 3-cü dəfə olaraq Asiya çempionu olub.

İranın basketbol komandası bu qələbə ilə 2014-cü ildə İspaniyada keçiriləcək dünya çempionatında iştiraka da vəsiqə qazanıb.

 Cənubi Koreya yığması isə 75-57 hesabı ilə Tayvan yığmasını məğlub edərək, 3-cü olub. Beləliklə, İran, Filippin və Cənubi Koreya 2014-də İspaniyada keçiriləcək dünya çempionatında iştirak edəcək ölkələr sırasına qatılıblar.

İranın basketbol üzrə yığma komandası 2007 və 2009-cu illərdə də Asiya çempionu adına layiq görülmüşdü.

 Avqustun 1-də Filippinin Manila şəhərində start götürən basketbol üzrə 27-ci Asiya Çempionatı avqustun 11-də İranın birinciliyi ilə başa çatdı.


  • Yazılıb
  • da (də) 2013 Aug 12