Tarix : 2013 Aug 13
Kod 39868

Qarabağ uğrunda döyüşən ukraynalı zabit kim olub?

Vladimir Mudrakın Azərbaycanda keçdiyi döyüş yolu Qarabağın azadlığı və bütövlüyü uğrunda azərbaycanlılarla yanaşı, qeyri-azərbaycanlılar da qəhrəmancasına savaşıblar.

Arannews- Maraqlıdır, indiyədək bu zabit haqqında mətbuatda hansısa xəbər və ya yazı getməyib. Bəlkə də özü mətbuatdan qaçan insan olub...

- Mudrak əsl vətənpərvər və peşəkar zabit idi. Onun amacı torpaqlarımızı düşməndən azad etmək olub. O, əsl döyüşçü idi. 1993-cü ilin 4 iyun hadisələrindən sonra bütün vətənsevər döyüşçülər kimi V.Mudrakın da qara günləri başlamışdı. O zaman ona da vətən xaini damğası vurmağa cəhd etmişdilər. Ancaq böyük zabit heyətinin dirənişi ilə üzləşən qiyamçılar V.Mudrakı azad etməyə məcbur olmuşdu. Bundan sonra V.Mudrak ordu sıralarından tərxis olunaraq ailəsini götürərək öz doğma yurdundan didərgin düşüb və atasının vətəni Ukraynaya sığındı. Bütün bu haqsızlıqlar onda ciddi depressiya yaratdı və dörd il öncə ürəyi partlayaraq həyatla vidalaşdı. Məzarını ziyarət etmək üçün qoca və xəstə anası hər il Bakıdan Kiyevə gəlir. Qəribədir ki, V.Mudrakın anasına, ailəsinə təqaüd verilmir. Bütün bu illər ərzində Mudrakın anası və ailəsinə mənəvi dəstək olan Azərbaycanda bütün döyüşçülərin tanıdığı general-mayor N.Komarov və rəhmətlik Məzahir Şıxəliyev olub.

- Fəhmin bəy, Qarabağ döyüşlərində bizim tərəfdən savaşan ukraynalı zabitlər çox idimi? Məşhurlardan kimin adını çəkə bilərsiniz?

- Azərbaycan dövləti muzdlu döyüşçülərdən istifadə etməkdə maraqlı olmayıb. Azərbaycan davasını haqq işi sayan çoxlu sayda peşəkar zabitlər Azərbaycan hərbi andını içərək ordu sıralarına qoşulublar və namusla xidmət ediblər.

- Onların Azərbaycan tərəfindən vuruşmasının əsas səbəblərini nə ilə bağlayırsınız?

- Dünyada çoxlu sayda insanlar var ki, dinindən, dilindən, millətindən asılı olmayaraq haqlı olanın yanında olmağı özlərinin bəşəri borcları hesab edirlər. Son hadisə olaraq Moldova Ombudsmanı Aureliya Qriqorini misal göstərmək olar. Sonda əlavə etmək istəyirəm ki, bir millət olaraq biz bu insanların qayğısını çəkməli və heç vaxt unutmamalıyıq.(musavat)

  • Yazılıb
  • da (də) 2013 Aug 13