Tarix : 2013 Aug 14
Kod 39880

İran səfiri Bakı mətbuatından təəssüfləndi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün pakayin bir Azərbaycanlı uşağın Təbrizin şəhid Mədəni adına xəstəxanasında girov götürülməsinə ...

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün pakayin bir Azərbaycanlı uşağın Təbrizin şəhid Mədəni adına xəstəxanasında girov götürülməsinə dair yayılan yalan iddiaya münasibət bildirərkən, bəzi Bakı medialarının İranlı həkimlərin fəaliyyətini dəyərləndirmək əvəzinə qərəzli mediaların məqsədlərinə xidmət etmələrindən təəssüfləndiyini bildirib.

 Pakayin deyib: biz bu qəbil medialardan müsbət nəsə gözləmirik lakin Azərbaycan Respublikasının səhiyyə nazirliyindən belə hallarda İİR səfirliyi yaxud müalicə mərkəzləri ilə əlaqə yaradaraq insaflı mövqe tutmalarını istəyirik.

 İranın Bakıdakı səfiri deyib: bəzi mediaların geri verilməsini tələb etdikləri uşaq, İranın qayğıkeş həkimlərinin xeyirxah niyyətləri ilə, müalicəsinin davam etdirilməsi üçün Təbrizin Mədəni xəstəxanasından həmin şəhərin uşaqlar üçün ixtisaslaşdırılmış xəstəxanasının xüsusi nəzarət palatasına köçürülüb.

 Pakayin İranlı həkimlərdən qədrdanlıq edərək deyib: İranın səhiyyə və tibb sistemi mənfi təbliğatların təsiri altına düşmədən, həmişə olduğu kimi özünün insani və peşə məsuliyyətini Azərbaycan Respublikası vətəndaşlarına qarşı yerinə yetirir.

 İranın Bakıdakı səfiri bəzi medialarda 178 Azəri xəstənin İran xəstəxanalarında dünyalarını dəyişmiş olmalarına dair yayılan məlumatın əsassız olduğunu bildirərək deyib: dünyanın hər hansı böyük xəstəxanalarında kiminsə dünyasını dəyişməsi mümkündür, bu o xəstəxananın səriştəsizliyi anlamına gəlməz.

 Xatırladaq ki, bəzi Bakı medialarının, Təbrizin şəhid Mədəni adına xəstəxanasında Azərbaycan respublikasından olan bir uşağın girov götürüldüyü və öldüyünə dair yalan iddialarının ardınca  Azərbaycan respublikası səhiyyə nazirliyinin mətbuat xidmətinin müdiri Anar Qədirli Virtual internet portalına verdiyi açıqlamada iddia edib ki, İranda müalicə olunmaq üçün nazirliyə çoxlu müraciətlər gəlir və İranda müalicəyə gedənlər arasında dünyasını dəyişənlər də az deyil.

 Azərbaycan respublikasının səhiyyə nazirliyinin bu rəsmisinin sözləri Bakıda İranın səhiyyə sisteminə qarşı son mənfi təbliğatların həmin nazirlik tərəfindən istiqamətləndirilməsi deməkdir.


  • Yazılıb
  • da (də) 2013 Aug 14