Tarix : 2013 Aug 18
Kod 39919

Tarixçi alim: Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" kitabı islami sufilik barəsində İrana aid mötəbər

mədəniyyəti İrana bağlı olan və İrandan ayrılması 150 ildən çox oötməyən ölkələr belə məsələləri ortalığa atmağı özlərinə icazə verməsinlər

Tarixçi alim Azərbaycan dövlətinin Nizami Gəncəvinin bu ölkəyə mənsub olması iddiasına münasibət bildirərək deyib: "Mədəniyyət məsulları İslam mədəniyyəti sayılan İran dili və mədəniyyəti əsilliyinə və tarixi sənədlərə əsaslanaraq qərəzli və dardüşüncəli məsələlərin irəli sürülməsindən uzaq olmalıdırlar ki, mədəniyyəti İrana bağlı olan və İrandan ayrılması 150 ildən çox oötməyən ölkələr belə məsələləri ortalığa atmağı özlərinə icazə verməsinlər".


AranNews - Höccətül-islam Seyid Məhəmməd Səqəfi jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan dövlətinin yeni buraxacağı əsginasların üzərində İranın tanınmış şairi Nizami Gəncəvinin şəklinin yer alacağına və dövlətin bu İran şairini öz ölkəsinə aid etməsinə münasibət bildirərək deyib: "Keçmişdə İranın ərazisinin genişliyinə diqqət etməklə, Azərbaycan Respublikası və Gəncə şəhəri İranın ərazisi olmuşdur və adil Ənuşirəvan və sasanilərin yay mərkəzləri olmuşdur".

Fars dilinin bir zamanlar müsəlman ölkələrində şair və yazıçıların İslam mədəniyyət, irfan və fəlsəfə sahəsində ikinci nüfuzlu dili hesab edilməsini açıqlayan tarixçi artırıb: "İranlı tayfaların əsil mehvəri fars dili olmuşdur və iranlı şairlərin şerləri, əsasən də Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" kitabı islami sufilik barəsində İrana adi mötəbər yazılı sənədlərdən sayılır".

Seyid Məhəmməd Səqəfi keçmiş sovetlər birliyinin təsiri altında olan ölkələrdə saxtakarlıq və batil fikir formalaşmasını öz ardınca gətirən etnik ayrılıq və xalis siyasəti Stalinə aid edərək vurğulayıb: "Vətən sevgisi, millət və dilə bir növ iftixar mənasına olmayan millətçilik şərqdə ortaya atıldıqdan sonra müsəlman ölkələri parçalınmağa başladı və Azərbaycan Respublikası da etnik ayrılıq, pantürkizm və Cənubi və Şimali Azərbaycan barədə saxtakarlığa başladı".

Bizim mədəniyyətimizdə neçə Azərbaycan olmadığını bildirən tarixçi deyib: "Azərbaycan Respublikası Gəncənin Zaqafqaziyaya aid olmasını bəhanə edərək Nizami Gəncəvinin öz ölkəsinə aid olmasını iddia edir. Lakin bilmir ki, Nizami heç vaxt türkcə şer söyləməmişdir, hətta sarayda belə türkcə danışan türkdilli səfəvilər heç vaxt özlərini İran mədəniyyəti və millətindən ayrı bilməyiblər".

Səqəfi ərəb ölkələrinin də İran mədəniyyəti və alimlərinin ardınca olmasını qeyd edərək deyib: "Regiondakı ərəb ölkələri də iranlı yazıçıların təqribən iki əsr boyunca öz kitablarını və islami mədəniyyəti ərəbcə yazıb-yaratmaqlarına rəğmən millətçilik üzündən onları özlərinə aid edirlər və onlardan ən önəmlisi Əbu Əli Sina, Farabi və Xarəzmidir".

Tarixçi alim mədəniyyət məsullarının münasibətinin təkcə "biz" mədəniyyəti olmasına təkid edərək deyib: "Mədəni irsin məsulları İslam mədəniyyəti sayılan İran dili və mədəniyyəti əsilliyinə və tarixi sənədlərə əsaslanaraq qərəzli və dardüşüncəli məsələlərin irəli sürülməsindən uzaq olmalıdırlar ki, mədəniyyəti İrana bağlı olan və İrandan ayrılması 150 ildən çox ötməyən ölkələr belə məsələləri ortalığa atmağı özlərinə icazə verməsinlər".

  • Yazılıb
  • da (də) 2013 Aug 18