Tarix : 2013 Aug 19
Kod 39921

Muxalifət mitinq keçirdi(foto)

Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun məktubunu oxuyur.

Arannews - Saat 19:30 Mitinqin qətnaməsi qəbul edilərək Müsavat başqanının hazırda həbsdə olan müşaviri Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu tərəfindən oxundu. Qətnamədə hakimiyyətdən azad və demokratik seçkilərin keçirilməsi tələb olunur, gənclərə və jurnalistlərə qarşı repressiyalar pislənir, korrupsiya hallarının aradan qaldırılması, evləri sökülən vətəndaşların hüquqlarının təmin olunması tələb edilir. Aksiya qətnamənin oxunmasından sonra başa çatdı

***

18.00 Mitinq siyasilərin çıxışları ilə davam edir. Müsavat Başqanı İsa Qəmbər və El Hərəkatının sədri Eldar Namazov ardınca ACP sədri Sülhəddin Əkbər, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, KXCP sədri Mirmahmud Mirəlioğlu , NİDA hərəkatının üzvü Turqut Qəmbər, ALP sədri Əvəz Temirxan, Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli və  AXCP sədri Əli Kərimli, çıxış edib.

***

17.52 Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun məktubunu oxuyur.

***

17.44 İbrahim İbrahimli mitinqi açıq elan etdi.

***

17.25 İnsanlar toplaşsa da, çıxış edən yoxdur, hələlik mahnılar səsləndirlir.

***

16.46 Artıq meydana aksiya iştirakçıları toplaşmaqda davam edir. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Polis əllərində şəkil və şüar olan plakatlar tutduqlarına görə, polis müdaxilə edərək, zorla plakatları alıb.

***

16.30 Orduda övladını itirmiş bir neçə nəfər əsgərin valideyni əllərində övladlarının şəkli ilə mitinqə qatılmaq üçün meydana gəliblər. Lakin onlar mitinq başmazdan əvvəl şüar səsləndirdiklərinə görə, polis onlara müdaxilə edib. Valideynlər saxlanaraq, zorla ərazidən uzaqlaşdırıb. Polisin müdaxiləsi zamanı şəhid əsgərin  şəkil yerə düşüb və çərçivə şüşəsi qırılıb.

***

16.15 hazırda 20 sahə dairəsindən başlayaraq sürücülük məktəbinə qədər hər yerdə çoxlu polis qüvvələri var. Polis geyimli əməkdaşlarla yanaşı mülki geyimlilər də çoxluq təşkil edir.

***

Demokratik Qüvvələrin Milli Şurası bu gün -  avqust ayının 18-də saat 17.00-dan 20.00-dək mitinq keçirəcək. Bakı Şəhər İcra Hakimiyyəti Azad və ədalətli seçkilər!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə keçiriləcək aksiyanın keçirilməsi üçün müraciətə əsasən Bayıl qəsəbəsi, "20-ci sahə" yaşayış məntəqəsində yerləşən sürücülük məktəbinin meydançasında yer ayırıb.(bizim yol)










  • Yazılıb
  • da (də) 2013 Aug 19