Tarix : 2013 Aug 19
Kod 39924

Tehran Universitetinin elmi heyətinin üzvü: Azərbaycan Respublikası başqa ölkələrin kimliyindən isti

Tehran Universitetinin elmi heyətinin üzvü Qulam Abbas Əkbəri jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan dövlətinin yeni buraxacağı əsginasların üzərində ...

Qulam Abbas Əkbəri Azərbaycan dövlətinin hərəkətlərini tənqid edərək deyib: Azərbaycan Respublikası neçə illər sovetlər birliyinin hökmranlığı altında olduğundan bu günləri hər vasitəylə olursa olsun, özünə mədəniyyət yaratmağa çalışır.

AranNews - Tehran Universitetinin elmi heyətinin üzvü Qulam Abbas Əkbəri jurnalistlərə verdiyi müsahibəsində Azərbaycan dövlətinin yeni buraxacağı əsginasların üzərində İranın tanınmış şairi Nizami Gəncəvinin şəklinin yer alacağına münasibət bildirərək deyib: "Bəzi ölkələr illərdir ki, belə işlərlə məşğuldur. Məsələn Fars körfəzi adının, Ərəb körfəzi adlanması, İran şair və yazıçlarının başqa ölkələrin özlərinə aid etmələri kimi. Onlar bu yolla başqa ölkələrin kimliyindən istifadə edərək dünyada özlərinə kimlik yaratmağa çalışırlar".

O, Azərbaycan dövlətinin hərəkətlərini tənqid edərək deyib: "Azərbaycan Respublikası neçə illər sovetlər birliyinin hökmranlığı altında olduğundan bu günləri hər vasitəylə olursa olsun, özünə mədəniyyət yaratmağa çalışır".

Mədəni irsin məsullarına və diplomatiya aparatına İran mədəniyyətdən sui-istifadələr edilməsinin qarşısını almağı tövsiyə edən universitet müəllimi vurğulayıb: "Məsullar, ölkəmizin mədəni irsini dünya qeydiyyatına salmaqla belə məsələlərin irəli gəlməsinə son qoysunlar və bəzi ölkələrin sui-istifadəsinə imkan verməsinlər".

Tehran Universitetinin elmi heyətinin üzvü xatırladıb: "Belə məsələlərə münasibət bildirməklə özgələrin ölkəmizin tarixi qaynaqlarından sui-istifadə etmələrinə macal verilməməliyik. Habelə icazə verməməliyik ki, bizim tarix və mədəniyyət əsərlərimiz keçmiş tarixi olmayan ölkələrin özlərinə kimlik yaratmasına bəhanə olsun".

 


  • Yazılıb
  • da (də) 2013 Aug 19