Tarix : 2013 Aug 20
Kod 39928

Rufulla Axundzadə yenə məhkəməyə müraciət edəcək

İslamçı məhbus Rufulla Axundzadə xəstəliyi ilə əlaqədar həbsdən azad olunmaq üçün yenidən məhkəməyə müraciət edəcək

Arannews - Məlumatı “Media forum”a vəkil Anar Qasımlı verib. Vəkil deyib ki, Rufulla Axundzadənin səhhətində problemlər qalmaqdadır: “Amma o, müalicə müəssisəsinə qayıtmaq istəmir. Deyir şəraiti yaxşı deyil. Mən müalicə müəssisəsi rəhbərliyinə müraciət edəcəm ki, heç olmasa onu yerində müayinə etmək üçün həkim göndərsinlər”. Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. İslamçı bu ilin mayında kəskin miokard infarktı keçirib və Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb. Nizami Rayon Məhkəməsi islamçı məhbusun səhhətinə görə azad olunmaqla bağlı vəsatətini iki dəfə geri qaytarıb. İslamçı Bakıdakı 16 saylı müəssisədə cəza çəkir..(islamazeri)

  • Yazılıb
  • da (də) 2013 Aug 20