Tarix : 2013 Aug 20
Kod 39933

İran XİN-nin sözçüsü: Nizami Gəncəvi İran və Azərbaycan xalqlarının ortaq mirasıdır

Bu xəbərin düzgünlüyü şübhəlidir. Ola bilsin ki, binanın təmiri nəzərdə tutulmuşdur

AranNevs - Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Əraqçi Azərbaycan dövlətinin Nizami Gəncəvinin məqbərəsində şairin fars dilində olan şerlərindən misralar yazılmış kətibə üzlüklərin götürməsi və onun yerinə türk dilinə çevrilmiş misraların qoyulması barədə jurnalistlərin sualına cavab verərək deyib: "Bu xəbərin düzgünlüyü şübhəlidir. Ola bilsin ki, binanın təmiri nəzərdə tutulmuşdur. Amma kətibələrin dəyişdirilməsi xəbəri düzgün olduğu surətdə bu iş çox təəssüfləndiricidir". O artırıb: "Sözsüz ki, bu hərəkət Nizami Gəncəvinin tarixi və mədəni kimliyində dəyişiklik yarada bilməz".

XİN-nin sözçüsü vurğulayıb: "Şerlərini farsca söyləmiş bu böyük şair bütün mənşələrdən olan məntəqə xalqlarının ortaq dəyərlərinin simvoludur və onun şerləri məntəqə xalqlarının ürək və zehnində həkk olmuşdur".

Əraqçi artırıb: "Şer və ədəbiyyat dairəsinin böyük şəxsiyyətləri onların şən və məqamını bu günkü coğrafiyada əsir etməkdən çox böyükdür. Nizami Gəncəvi İran və Azərbaycan xalqlarının ortaq mirası olub və bizim fikrimizcə bu böyük şair təkcə İran və Azərbaycana deyil, bütün dünyaya aiddir və hamının onu qorumağa vəzifəli olduğu bəşəriyyətin ortaq mirasıdır ".


  • Yazılıb
  • da (də) 2013 Aug 20