Tarix : 2013 Aug 21
Kod 39949

Taleh Bağırova yeni ittihamların yolu açıldı

“Taleh Bağırovun çıxışlarında dövlət əleyhinə, milli, irqi, dini ayrı-seçkiliyə yönəlmiş çağırışlar yoxdur.
Arannews - İlahiyyatçı Taleh Bağırovun çıxışları ilə bağlı ekspertiza rəyi istintaqa təqdim olunub. Məlumatı “Media forum”a vəkil Cavad Cavadov verib: “Hələ ekspertizanın rəyi ilə tanış olmasam da, müstəntiqdən aldığım məlumata görə, rəydə qeyd olunur ki, Taleh Bağırovun tənqidi çıxışlarında dövlət əleyhinə, milli, irqi, dini ayrı-seçkiliyə yönəlmiş fikirlər var. Yəqin yeni ittihamlar irəli sürüləcək. Hətta ola bilər ki, iş polisdən alınaraq Baş Prokurorluğa verilsin”.

Vəkil deyib ki, ekspertizanın rəyini əsassız sayır. “Taleh Bağırovun çıxışlarında dövlət əleyhinə, milli, irqi, dini ayrı-seçkiliyə yönəlmiş çağırışlar yoxdur. Bu rəy onu göstərir ki, Taleh Bağırov məhz çıxışlarına görə həbs olunub. İstintaq qarşısında rəyi verən ekspertin dindirilməsi ilə bağlı vəsatət qaldırılacaq. Bir neçə başqa vəsatət də irəli sürəcəyik”.   

Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.(Faktxeber)
  • Yazılıb
  • da (də) 2013 Aug 21