Tarix : 2013 Aug 27
Kod 39990

Sankt-Peterburqda kütləvi zəhərlənmə: zəhərlənənlərin arasında xeyli azərbaycanlı var

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib. APA-nın məlumatına görə, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.

Arannews - Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib. APA-nın məlumatına görə, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.

 “Pulkovo-3” hava limanının tikintisi ilə məşğul olaan IC Ictas-Astaldı inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.

 Zəhərlənən 350 nəfər təcili-tibbi yardımlarla Botnik Dövlət Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.

 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.(musavat) 

  • Yazılıb
  • da (də) 2013 Aug 27