Tarix : 2013 Aug 31
Kod 40016

Yeni “EL” yaradıldı...

... Və İlham Əliyevi dəstəklədi

Arannews - Yeni “EL” hərəkatı avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində təqdimatını keçirib. Təqdimatda çıxış edən yeni “EL” hərəkatının yaradıcısı Əflan İbrahimov ictimai birliyin əsas hədəfi kimi prezident seçkilərində İlham Əliyevi dəstəkləməsini göstərib. Qurumun 85 rayonun 125 seçki dairəsində təbliğat təşviqat kampaniyasında aktiv iştirak edərək İ.Əliyevi təbliğ edəcəyi vurğulanıb.

Ə.İbrahimov maliyyə sahəsində çalışıb. Vaxtilə eks-prezident Ayaz Mütəllibovun tərəfdarı olub. Buna görə bir ildən yuxarı həbsdə yatıb.

Ə.İbrahimov bu ilin əvvəlində Eldar Namazovun təsisçisi olduğu EL hərəkatında sədr müavini olduğunu iddia edir. Amma hərəkat rəhbərliyi onun iddiasını rədd edir. Buna baxmayaraq, Ə.İbrahimovun Milli Şuranın Bakıda seçkiöncəsi təxribat hazırlaması haqda müraciəti əsasında ölkə prokurorluğu araşdırma işinə başlayıb.

Bu araşdırmanın nəticəsi olaraq avqustun 29-da EL hərəkatının sədri E. Namazov prokurorluqda dindirilib. Avqustun 30-da sədr müavini Köçəri Nağıbəyli dindirilib. Avqustun 31-də isə hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev dindirməyə dəvət edilib.(Faktxeber)

  • Yazılıb
  • da (də) 2013 Aug 31