Nizami Gəncəvinin Azərbaycan dilinə tərcümə olunan 4 beyt şeri ilə yanaşı, Nizami Gəncəvi muzeyindəki digər şerlər də Azərbaycan dilinə tərcümə ediləcək
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Nizami Gəncəvi Mərkəzinin direktoru deyib: Nizami Gəncəvinin məqbərəsində, üzərində fars dilində olan şeir kaşıları çıxarılaraq yerinə həmin şeirlərin Azərbaycan dilində tərcüməsi yerləşdiriləcək.
Trend-in məlumatına görə, Xəlil Yusifli deyib: Bəzi vaxtlar Nizami Gəncəvi muzeyi və məqbərəsinə müraciət edənlər məqbərədəki fars şerlərini müşahidə etdikdə elə təsəvvür edirlər ki, Nizami Gəncəvi fars şairi olub.
O əlavə edib: Nizami gəncəvinin şerlərinin Azərbaycan dilinə tərcümə edilməsi və tərcümə olunmuş şerlərin məqbərəyə yerləşdirilməsi, onun Azərbaycan ədəbiyyatının nümayəndəsi olduğuna təkid məqsədilə atılmış bir addımdır.
Yusifli əlavə edib: Nizami Gəncəvinin Azərbaycan dilinə tərcümə olunan 4 beyt şeri ilə yanaşı, Nizami Gəncəvi muzeyindəki digər şerlər də Azərbaycan dilinə tərcümə ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Nizami Gəncəvinin fars dilində olan əsərlərinin mahiyyəti və kimliyini təhrif etmək məqsədilə səylərinin davamında ötən ay bu görkəmli farsdilli şairin məqbərəsindəki fars dilində olan şer kaşıları yerindən çıxardıb.
Azərbaycan Respublikası ötən illər ərzində İranın tanınmış şairi Nizami Gəncəvinin kimliyini təhrif etmək üçün geniş səylərə başlayıb.
Bu səylərdən biri Heydər Əliyev Fondu tərəfindən 110 min avro məbləğində dəyəri olan Romada ucaldılan Nizami Gəncəvi heykəlidir ki, Azərbaycan şairi olaraq təqdim edilib. Bu addım italiyalı tədqiqatçıların etirazına səbəb olub.
Nizami Gəncəvinin bütün əsərlərinin fars dilində olduğu və Azərbaycanın müstəqilliyindən 22 ildən çox müddətin keçmədiyi bir halda bu ölkədə bütün dərsliklərdə Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim edilir .